Naxçıvanın məşhur şirkətindəki "KaMAZ qalmaqalı ilə bağlı yeni təfrrüatlar – ASC-sədri nələri açıqladı?

Naxçıvanın məşhur şirkətindəki "KaMAZ qalmaqalı ilə bağlı yeni təfrrüatlar – ASC-sədri nələri açıqladı?Yeni təfərrüatları Qaynarinfo-ya ASC-nin sədri Əhməd Bünyadov açıqlayıb.

Onun sözlərinə görə, ASC ilə məhkəmə çəkişməsində olan səhmdar Səməd Səfərov bu məsələdə haqsızdır.

"Səməd Səfərovu mən işə götürmüşəm. ASC-yə məxsus "KaMAZ" markalı maşın da onun istifadəsində olub. Lakin o, avtomobili şəxsi məqsədləri üçün istifadə edib.

Mən ASC-də işləyən bütün sürücülərə istifadələrində olan maşınları özəlləşdirməyi təklif etmişəm, Bu təklif Səməd Səfərova da edilib. Lakin o, bunu etməyib. Mən də polis vasitəsilə maşını geri almışam", - deyə Əhməd Bünyadov bildirib.

Şirkət rəhbəri deyir ki, bundan sonra Səməd Səfərov məhkəməyə müraciət edib. Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsi onun iddiasını təmin edib. "Mən qərardan apellyasiya şikayəti vermişəm. Şikayətim qismən təmin edilib. Daha detallı desəm qərar qəbul edilib ki, mən ona 1800 manat məzuniyyət pulu ödəməliyəm. Əslində bu da qanunsuzdur. Çünki Səfər Səmədov faktiki olaraq ASC-də işə çıxmayıb. Əmək qanunvericiliyinə görə ona məzuniyyət düşmür. Bununla belə, mən həmin 1800 manatı ödədim. Səməd Səfərovdan 2 il səs çıxmadı. 2 ildən sonra yenidən eyni iddia ilə məhkəməyə müraciət edib. Onun iddiası təmin edilməyib. Ona görə də apellyasiya şikayəti verib", - deyə Əhməd Bünyadov vurğulayıb.

O əlavə edib ki, məsələ ilə bağlı yuxarı instansiyalara şikayət etməyə hazırlaşır. "Faktiki olaraq mənim hüquqlarım pozulub. Qanunsuz qərarla qəbul edilib", - ASC rəhbəri deyib.

Xatırladaq ki, Səməd Səfərov Əhməd Bünyadovu səhmdarlardan xəbərsiz ASC-nin əmlakını, o cümlədən onun istifadəsində olan "KaMAZ" markalı maşını satdığını iddia edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 907   Tarix: 07 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr