Xaricdə yaşayan məşhur azərbaycanlı - Zəkəriya yadplanetlilərin sirrini açdı
Lent.az xaricdə yaşayan və böyük şöhrət qazanmış məşhurlar barədə silsilə yazıları davam etdirir.
Bu dəfə dünya şöhrətli alim, şumerşünas, astrofizik və tarixçi Zəkəriya Sitçin (Bir çox mənbələrdə Zaxariya Sitçin) barədə məlumat veririk. Sitçinin uşaqlığı Bakıda keçsə də, ömrünün böyük hissəsini ABŞ-da yaşayıb. Adı dünya elminə yaxşı tanışdır.
İsraildə böyüyüb, burada "Əhdi-Ətiq", Yaxın Şərq tarixi, müasir və qədim ibrani dilləri, eləcə də semit və Avropa dilləri sahəsində biliklər qazanıb. London Universitetini iqtisadiyyat ixtisası üzrə bitirib və 1952-ci ildə Nyu Yorka köçməzdən əvvəl uzun illər İsraildə jurnalist kimi çalışıb. Həmin illərdə qədim Şumer dilini və mixi yazılarını araşdırmağa başlayıb. Sitçinin bütün yaradıcılığı yadplanetlilərlə insanlar - Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub.
Zəkəriya Sitçin 1920-ci il iyunun 11-də Bakıda yəhudi ailəsində anadan olub[. Onun müəllifi olduğu "Dünya tarixçəsi" adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar - Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub.Sitçin qədim Şumerlərin Qafqazkla, xüsusən Azərbaycanla bağlı olduğunu iddia edir, qədim tanrılarla Şumerlərin əlaqəsi barədə araşdırma yazılar yazırdı.
Zəkəriya Sitçin 10 cildlik "Dünya tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaradıb.
Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsinə görə, on ikinci planet olan Nibirudan gələn Anunaki adlı yadplanetlilər dünyamızı işğal edib mədənlərdə kölə kimi işlətmək üçün insanı yaradıb.İnsan Annunaki geninin meymunlara " calaq edilməsi" yolu ilə yaradılıb. Yadplanetlilər öz planetlərini ətraf problemləri üzündən 432 000 il əvvəl Yerə gəlib, Misir piramidalarının tikilməsində, Şumerlərin mədəni inkişafında iştirak ediblər. Zamanla yadplanetlilər insan qadınları ilə cütləşib qarışıblar. 13.000 il əvvəl böyük bir sel olub. Bu seli də öz tanrılarına, Anunakilərə qarşı baş qaldırmış insanı məhv etmək üçün məhz onlar törədiblər.
Sitçinin bu nəzəriyyələri dövrün elm adamları tərəfindən tənqid olunsa da, günümüz arxeleoloqlarına ilham qaynağı olub və köhnə mədəniyyətlərə baxış bucağını dəyişdirib.
Sitçinin kitabları tarixi başqa bir gözlə aaraşdırmaq istəyənlər üçün ilham mənbəyinə çevrilib.O yazdığı əsərlərdə siyasətçilərin dünya tarixində gizlətdiyi sirləri faş edir və elə buna görə də elm aləmində qalmaqallara səbəb olurdu. Sitçinin araşdırmaları xristina, yəhudi və müsəlmanların dini kitablarında yaranışa dair bütün əfsanələrin Şumer mənbələrindən götürüldüyünü əsaslandırıb.
Soydaşımızın əsərləri hazırda qiymətli mənbə kimi istifadə olunur, kitabları ölümündən sonra da satış rekordları qırır.
Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-da vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Dönər həvəskarlarına PİS XƏBƏR
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?
Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Toyda bəyin sevinci diqqət çəkdi - VİDEO
Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto