Rauf Vəliyevin sədri olduğu quruma qarşı protokol tərtib olundu: Xariclə valyuta əməliyyatı... (YENİLƏNİB/AÇIQLAMA)
(İlk xəbər 06.02.2024-cü ildə dərc edilib)
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində müvafiq qurum tərəfindən iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.
Qeyd edək ki, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevdir.
Ətraflı
***
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC xəbərə münasibət bildirib. Qaynarinfo-ya göndərilən açıqlamanı olduğu kimi dərc edirik:
"Qaynarinfo.az" saytında 6 fevral 2024-cü il tarixində dərc olunan xəbərlə bağlı bildiririk ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) üçün metal lövhələrin alınması məqsədilə Ukraynanın Mariupol şəhərində yerləşən metal istehsalı zavodu ilə ASCO arasında 17 yanvar 2022-ci il tarixində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, alınan malların bir hissəsi tədarük olunsa da, digər hissəsi 2022-ci ilin fevralında Ukraynada baş vermiş və indiyədək davam edən müharibəyə, habelə Mariupolda yerləşən ən böyük metallurgiya zavodu olan "METINVEST-SMC" LLC –nin dağıdılmasına görə tədarük edilməmişdir. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, fors-major hadisəsi hesab olunan hərbi əməliyyatlar səbəbindən alınmış malların tam həcmdə çatdırılması mümkün olmamışdır. Məhz, fors-major hadisəsi olduğundan xarici valyuta əməliyyatı ilə bağlı məhkəmə barədə məlumatların yayılması təəssüf doğurur.
Onu da qeyd edək ki, bu fors-major hadisə ilə əlaqədar aidiyyəti banka, o cümlədən Mərkəzi Banka məlumatın verilməsi təmin olunmuş və yaranmış vəziyyət izah edilmişdir.
Bununla belə, nəzərinizə çatdıraq ki, hazırda malların qalan hissəsinin çatdırılması imkanları araşdırılır. Bu məqsədlə istehsalçı şirkətlə danışıqlar aparılır, müxtəlif variantlar müzakirə olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1271 Tarix: 08 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021