Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olundu

Azərbaycanda bir tibbi vasitənin satışı qadağan olunduAzərbaycanda bir tibbi vasitənin satışı qadağan olunub.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, "M&C Firması"nın Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış "Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA" ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distribütorlardan) geri çağırması bildirilib.
Müraciəti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları araşdırıb və Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin geri çağırılması Qaydası"nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib.

Yuxarıda qeyd edilənləri və "Dərman vasitələrinin geri çağırılması Qaydası"nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış "Pencan 25Gx3 1/2 (88 mm) M.FK-EU/AP/SA" ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2115   Tarix: 09 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məxfi sənədlərin Qara bağı

İllərlə tamaşaçı rəğbətini qazanan və reytinqlərdə birinci olan "XX yüzillik. Faktlar, hadisələr və insanlar" verilişindən sonra İctimai Televiziyada yeni üslubda bir layihə başlayıb. Müsəllim Həsənovun təqdimatında efirə çıxan "Qara bağ" sənədli serialı adından da göründüyü kimi

7 aprel
.

Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı

7 aprel
.

Çobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video

İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. "Qafqazinfo" xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində - "Saphire" şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb

8 aprel
.

Bakıda iki nəfər dəm qazından zəhərlərək öldü

Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb. "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-c

8 aprel
.

Maşında nəzarətsiz qalan uşaqlar faciəyə səbəb oldu - Bir qadın öldü, digəri yaralandı

Baş DYP İdarəsi dünən Bakıda qadının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı müraciət yayıb. "Qafqazinfo" xəbər verir ki, İdarənin məlumatında hadisəyə parklanma zamanı sürücü səhlənkarlığının səbəb olduğu bildirilib. Qeyd edilib ki, atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşl

7 aprel
.

Bəzi ərazilərə LEYSAN, QAR yağacaq

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qa

8 aprel
.

Küləyə görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bununla bağlı Mərkəzi

8 aprel
.

Oğuzda DƏHŞƏTLİ HADİSƏ - Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 03:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə beş nəfər (üç qadın, iki kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasını

7 aprel
.

Borc müqavilələrində gizli və ya anlaşılmaz maddələrə rast gələn şəxs hansı hüquqi proseduru izləməlidir? - AÇIQLAMA

Hər il minlərlə vətəndaş borc müqavilələrində anlaşılmaz və ya gizli maddələrlə qarşılaşır. Bu maddələr tez-tez şəxsin hüquqlarını məhdudlaşdıra və sonradan ciddi maliyyə və hüquqi problemlər yarada bilər. Bəs borc müqavilələrində gizli və ya anlaşılmaz maddələrə rast gələn şəxs hansı hüquqi prosedur

7 aprel