Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq hər birimizin milli qürur mənbəyidirBayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır.
Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağı dünyanın ən gözəl görünən və məğrurla dalğalanan bayrağıdır. Bayrağın daha əzəmətlə dalğalanması dövlətin malik olduğu gücündən çox asıllıdır. Üçrəngli dövlət bayrağımız 1918-ci ildə qəbul olunsa da onun dalğalanması dövrü cəmi 23 ay çəkdi. Amma 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində dalğalandılan üçrəngli bayrağımız 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət bayrağı kimi təsdiq olunmasına və əbədi olaraq dalğalanmasına yol açdı. 90-cı illərin əvvəlində hakimiyyətdə olanların yerində olmaması 70 ildən sonra yenidən dalğalanmağa başlanmış üçrəngli bayrağımızı da yenidən təhlükə ilə qarşılaşdırmışdı. Amma Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət müstəqlliyimizi əbədi etdi və bayrağımızın dalğalanmasını möhkəmləndirdi. 30 ildə ərazilərimzin 20% Ermənistanın işğalı altında olduğuna görə bayrağımız bütün ərazilərimzin üzərində dalğalanmırdı.
Altı il əvvəl başlanmış 44 gündə davam edən Vətən müharibəsində işğaldan azad olunmuş hər bir strateji nöqtədə bayrağımız yenidən ucalmağa başladı. Müharibədə döyüşən hər bir əsgərimiz ürəyinin üstünədə bayrağımızı saxlayaraq ancaq irəli gedirdi. Təəssüf ki, müharibədə şəhidlərimiz də oldu. Torpağa tapşırılan hər bir şəhid tabutu əsgərin öz canından əziz tutaraq gəzdirdiyi üçrəngli bayrağına örtülərək evinə gətirldi. Bu gün hər bir şəhid ailəsi onun oğlunun uğrunda can verdiyi üçrəngli bayrağını ən əziz və müqəddəs yerdə asaraq şərəflə qoruyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün Azərbaycan Qarabağda da suverenliyi bərpa etmiş və Ali Baş Komandan İlham Əliyev üçrəngli dövlət bayrağımızı Xankəndində dalğalandıraraq xalqımızın uzun illərin arzusunu həyata keçirmişdir.
Prezident İlham Əliyevin gənclərə gösytərdiyi xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınmışdır. Bayrağımızı idmançılarımız qələbələrə imza atmaqla dünyanın idman arelandırda dalğalandıraraq dövlət himnimizi səsləndirir və bizə qürur bəxş edir. Bayraq həm də mövcudluğumuzdur. Dünyanın istənilən nöqtəsində keçirilən beynəlxalq tədbirdə dövlət bayrağımız dalğalanmaqla iştirakımız təsdiq olunur.
Bu gün bayrağımız BMT-də dünya dövlətlərin bayraqlarıının boy sırasında daha əzəmətlə dalğalanır. Çünki, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında güclənərək siyasi və iqtisadi cəhətdən müstəqil ölkəyə çevrilmiş, döyüş meydanında güclü olduğunu təsdiq etmişdir. Düzdür bizim qələbəmizi həzm edə bilməyən dairələr də mövcuddur. Amma onlar da bayrağımızın ucalığını və əzəmətini görərək mənəvi məhv olunurlar.

Tufan Məmmədov - iqtisadçı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 80   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib

Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr