Çözümü tapılan problem: Qeydiyyat məsələsi belə həll olunacaq

Çözümü tapılan problem: Qeydiyyat məsələsi belə həll olunacaqBakıda insanların qeydiyyatı ilə bağlı problemlər illərdir ki, bitmir. Ötən ildən daimi qeydiyyatı olmayanlar qanuna uyğun olaraq cərimələnsə də, bu problemin həlli yolu deyil. Çünki paytaxtda sənədsiz evlərin çox olması, "kupça"sız yeni tikililər, müqaviləsiz verilən kirayə evlər vəziyyəti qəlizləşdirir.

Məlumdur ki, bir neçə il öncəsinə qədər, Bakıda yaşayan vətəndaşlar yaşadığı əraziyə məsul olan polis orqanlarında qeydiyyata düşə bilirdilər. Ötən ilin yanvar ayından etibarən, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata düşmüş vətəndaşların əksəriyyəti qeydiyyatdan çıxarılıb. Bəs hazırkı vəziyyət necədir? Vətəndaşın qeydiyyat məsələsi necə həll olunmalıdır? Bakıda işləyib sənədsiz evlərdə, yaxud kirayə mənzillərdə məskunlaşan əhali nə etməlidir? Əvvəlcə məsələnin hüquqi tərəflərinə nəzər salaq.

Qeydiyyatsız yaşamaq hüquqi baxımdan doğru deyil

Hüquqşünas Sabir Qəniyev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qanuna əsasən, müəyyən ərazidə qeydiyyatsız yaşamaq hüquqi baxımdan doğru deyil. Vətəndaş yaşadığı yer üzrə qeydiyyatda düşmürsə və yaxud qeydiyyata alınma qaydalarını pozursa, o zaman o, İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə olunur: "Qanuna əsasən, daimi yaşayış ünvanından kənarda yaşayan şəxsə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə olunur. Əgər vətəndaş heç bir yerdə qeydiyyatda deyilsə, onun şəxsiyyət vəsiqəsi qüvvədə olmamış hesab olunur. Həmin şəxs etibarnamə verə, alqı-satqı edə, notarial əməliyyatlar apara, şəxsiyyət vəsiqəsi aktiv olmadığı üçün nikaha daxil ola, hətta nikaha xitam da verə bilmir".

Notariat Palatası mexanizm müəyyənləşdirməlidir

Hüquqşünasın da açıqlaması təsdiqləyir ki, qanun qeydiyyatı olmayan vətəndaşın hüquqlarını məhdudlaşdırır. Bəs kirayədə yaşayan minlərlə vətəndaşı əgər ev sahibi qeydiyyata almırsa, onlar nə etməlidirlər?

Həmsöhbətimiz deyir ki, əgər ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın mənzildən yalnız istifadə hüququ yaranır: "Bu barədə tövsiyəm ondan ibarətdir ki, notarial qaydada kirayə müqaviləsi bağlanarkən, notariuslar kirayəyə verənlərdən kirayəçilərini qeydiyyata almalarını tələb etsinlər. Yəni notariuslar yalnız bundan sonra kirayə müqavilələrini rəsmiləşdirsinlər. Azərbaycan Notariat Palatası məsələnin həlli üçün mexanizm müəyyənləşdirməlidir".

Kirayəçilərin qeydiyyatdan çıxarılması proseduru sadələşdirilməlidir

Məlumdur ki, ev sahiblərinin kirayə verdikləri evdə vətəndaşı qeydiyyata almaqla bağlı narahatlıqları kirayəçinin mülk üzərində hüququnun olması ilə bağlıdır. Məhz o səbəbdən bir çox kirayə verən kirayəçilərini qeydiyyata almaqdan çəkinirlər. Hüquqşünas deyir ki, ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə çıxara bilər: "Məhkəməsiz inzibati qaydada şəxs qeydiyyatdan çıxarıla bilməz. Şəxs özü başqa ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılsın. Kirayə mənzillərdə yaşayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi sadələşdirilməlidir. Qanunvericilikdə elə bir mexanizm müəyyən edilməlidir ki, kirayə müqaviləsinin xitamı nə kirayə verəni, nə də kirayəçini narahat etsin".

Çıxarışı olmayan evlərdə qeydiyyat mümkündürmü?

Yuxarıda da qeyd etdiyimiz kimi, hələ də minlərlə sakin çıxarışsız mənzillərdə yaşayır və bu mənzillərdə vətəndaşların qeydiyyata alınması prosesi tam olaraq həll olunmayıb. Hüquqşünas deyir ki, sənədsiz evlərin mövcudluğu həm fərdi şəxslər, həm də bələdiyyələr üçün problemlər yaradır: "Çıxarışların olmaması mənzil sahibləri və onların ailə üzvlərini həmin ünvanlarda qeydiyyata alınmaq imkanından məhrum edir. Bu hal faktiki qeydiyyat ünvanından kənar, lakin şəxsi mülkiyyətdə olan çıxarışsız mənzillərdə yaşayan şəxslərin İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə cərimə edilməsi riskini də labüd edir. Tövsiyə kimi qeyd edə bilərəm ki, tikintisi başa çatmayan, lakin yaşayış olan binalarda Mülki Məcəllənin 147-ci maddəsinin müddəaları ilə təminat qeydi alınarkən mülkiyyətçilərin və onların ailə üzvlərinin müvəqqəti qeydiyyata alınması imkanın yaradılması təmin oluna bilər. Bu, vətəndaşların qeydiyyat problemini keçici olsa da aradan qaldıra bilər".

"ASAN xidmət" mərkəzlərinə müraciət edin

Əmlak eksperti Elnur Fərzəliyev isə deyir ki, artıq insanlar "ASAN xidmət" mərkəzlərində, rahatlıqla qeydiyyat problemlərini həll edə bilərlər: "Ölkəmizin böyük şəhərlərində, xüsusilə də paytaxt Bakı və Abşeron rayonu ərazilərində yüz minlərlə çıxarışı olmayan fərdi həyət evləri var. Hazırda bu məsələ həllini tapmaq üzrədir. Artıq qeydiyyatı olmayan vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Hətta evinin çıxarışı olmayanlar belə, əlində olan müvafiq sənədləri təqdim edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra həmin vətəndaş müvafiq qaydada qeydiyyata alınır. Əgər vətəndaşın heç bir əmlakı yoxdursa, yenə "ASAN xidmət" mərkəzinə müraciət edir, araşdırma aparılır, araşdırma yekunlaşdıqdan sonra vətəndaş ərazi üzrə polis şöbəsinə qeydiyyata alınır".

Qeydiyyat məsələləri ilə bağlı tədbirlər görülür

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də bildirilib ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır. Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir. ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1242   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr