Edama məhkum edilən Yasin Hüseynzadə "oğurlana" bilər - şok iddia

Edama məhkum edilən Yasin Hüseynzadə "oğurlana" bilər - şok iddiaÇingiz Qənizadə: "Onu mütləq xalqın gözü qarşısında edam etməlidirlər, əks təqdirdə..."

Xəbər verildiyi kimi, İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən və bir nəfəri öldürüb iki nəfəri yaralayan Yasin Hüseynzadə haqda bugünlərdə edam hökmü çıxarıb. Lakin hökmün nə vaxt icra ediləcəyi məlum deyil.

Politoloq Cümşüd Nuriyev bu mövzuda qəzetimizə danışarkən deyib ki, əslində terrorçu edam edilməyə bilər.

Sitat: "Yasin Hüseynzadə məhkəmədə susdu, təhrikçilərin adını çəkmədi. İran belə dövlətdir ki, onu proqnozlaşdırmaq mümkün deyil. Yasin Hüseynzadənin ad-soyadını dəyişib aparıb bir ucqar kəndə atacaqlar, orada özü üçün yaşayacaq. Bu addımları İrandan gözləmək olar".

Yəni belə çıxır ki, edam görüntüsü yaradılacaq və o, başqa ad-soyadla (pasportla) gedib başqa bir yerdə rahatca yaşayacaq? Belə bir şey mümkünmü? Azərbaycan tərəfinin rəsmi nümayəndəsinin, yaxud qətlə yetirilmiş səfirlik əməkdaşı Orxan Əsgərovun səlahiyyətli nümayəndəsinin edam hökmünün yerinə yetirilməsi prosesində iştirak hüququ varmı? Ki, əminlik hasil edilsin ki, terrorçu öz layiqli cəzasına çatdırıldı. İran qanunları bu barədə nə deyir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, İran səfirliyimizə qarşı baş verən terror olayından sonra səfirliyimizin bağlanmasından müəyyən qədər təşvişə düşmüşdü: "Azərbaycan dövlətinin təpkilərindən, əlaqələrin kəsilməsindən sonra, onsuz da beynəlxalq aləmdən təcrid olunmuş İran tərəfi geri çəkildi. Onlar belə reaksiya gözləmirdilər. Bu baxımdan Yasin Hüseynzadəyə ölüm hökmünün verilməsi proqnozlaşdırılan idi. İranda bir çox hallarda ölüm hökmünü əhalinin gözü qarşısında həyata keçirirlər. O baxımdan İran dövləti Yasin Hüseynzadənin həqiqi mənada cəzalanmasını sübut etmək üçün addımlar atmalıdır".

Çingiz Qənizadə bildirib ki, İrandakı Azərbaycan səfirliyinə qarşı terror olayı İranı beynəlxalq aləmdə nüfuzdan salan hadisə olub: "Onsuz da İranın beynəlxalq aləmdə nüfuzu yerlə sürünür. Vyana Konvensiyasına görə, İran ərazisində yerləşən dövlətlərin səfirliklərinin təhlükəsizliyinə təminat verməlidir. Bunu etmədilər. konvensiyanın maddələrinə əsasən, konsulluq münasibətlərinin qurulması qarşılıqlı razılıq əsasında həyata keçirilir və diplomatların oturduğu səfirlik binaları toxunulmazdır. Həmçinin konvensiyaya görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz. Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan konsulluq binalarını edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. İran bu konvensiyanın tələblərinə riayət etmədi. Daha doğrusu, etmək istəmədilər. Bu terror İranın beynəlxalq aləmdəki onsuz da olmayan nüfuzuna böyük zərbə oldu. İran Azərbaycan səfirliyinə terror hücumunda təqsirli bilib ölüm hökmünə məhkum etdiyi Yasin Hüseynzadəni mütləq və mütləq xalqın gözü qarşısında edam etməlidir. Edam prosesinə zərərçəkən tərəfin nümayəndələrini də dəvət etməlidir. Buna inanmıram, hesab edirəm ki, Yasin Hüseynzadənin pasportunu dəyişib ucqar hərbi bazalarından birinə yollayacaqlar ki, orada yaşasın. Çünki Yasin Hüseynzadə İranın maraqları çərçivəsində səfirliyimizə hücum etmişdi. İrandakı Azərbaycan səfirliyinə silahlı hücum qərarı İranın hərbi-siyasi rəhbərliyinin xeyir-duası, xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə baş tutub. Bunu hücumun videosu da təsdiq edir. İran edamı açıq şəkildə həyata keçirməlidir".

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2002   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr