"Siqaret ala bilmir, deyir, gedim "moyka"da..." - Aqşin Bəbirovun anası

"Siqaret ala bilmir, deyir, gedim "moyka"da..." - Aqşin Bəbirovun anası"Aqşin hələ ki, müalicə almayıb. Hər iki uşağın ailəsinin (digəri Hüseyn Axundov - red.) vəziyyəti ortadadır. Maddi durumla bağlı uşaqları müalicə etdirə bilmirik. Gözləyirik, deyirik, bu gün-sabah uşaqların müalicəsi ilə bağlı çağırarlar. Hələ ki, sakitlikdir, səs-səda yoxdur".

Bu sözləri Musavat.com-a açıqlamasında ötən ilin 13 dekabrında erməni əsirliyindən azad olunan Azərbaycan əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

O bildirib ki, MRT-nin cavabını Baş Prokurorluğa verib:

"Qabırğalarında sınıqlar var, ayaqlarında tokların yeri var. Yaşadıqlarımdan dolayı sağlamlığım sıfırdır, mən Aqşini necə müalicə etdirim?

Uşaqların durumu normal deyil. Normal ola da bilməz, çünki 8 ay düşmənin xarabasında işgəncələrə məruz qalan, sağlamlığından olan uşaqlardır. Psixologiyaları, sağlamlıqları sıfırdır. Aqşin ehtiyat edir, insanların arasına çıxmır, sıxlıq olanda narahat olur. Evə çox adam gələndə də narahat olur, rəngi sapsarı olur. Səs götürmür, sakitlik istəyir. Eyni açılsın deyə özümüzünkülər sakit yerə aparırlar".

Dürdanə Bəbirova deyib ki, Aqşin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə tez-tez əlaqə saxlayır, sənədlərlə bağlı danışırlar:

"Hərbi biletləri verilməlidir. Oğlum deyir ki, DTX bizə çox köməklik edir, dövlət arxamızdadır. Dövlətimiz gətiribsə, inanıram ki, onun arxasında da duracaq".

D.Bəbirova bildirib ki, Aqşinlə Hüseyn işləmək istəyir:

"Uşaqlar qazanmaq istəyirlər. Ailələrinin vəziyyəti ilə bağlı valideynə ağız açmaq istəmirlər. Kiməsə möhtac olmaq istəmirlər. Yaşadıqları əziyyətlərlə bağlı siqaret çəkirlər. Onu da almağa imkan yoxdur. Nə qədər insanın ətrafında olanlar hörmət edib siqaret alar? Özlərini sınmış kimi hiss edirlər. Ana kimi çox narahatıq – mən də, Şəlalə xanım da (Hüseyn Axundovun anası -red.). Az qalır ki, uşaqlar canlarına qıysınlar. Bizim gözümüz uşaqların üzərindədir, bir anda ab-havaları dəyişir, tükənirlər. Nə qədər ki, uşaqlarımız sağlamlığına qovuşmayıb, ana narahatlığı heç vaxt düzələ bilməz. Aqşini evdə tək qoyub gedə bilmirəm. Deyirəm, bir anda əsəbiləşəcək, haranısa yumruqlayacaq, ya da özündən gedəcək. Dəfələrlə özündən gedib, yerə yıxılıb. Videosunu çəkib saxlayıblar ki, bu uşaq nə vəziyyətə düşür. Bu uşaqların yaşadığını bütün dünya bilir. Düşmənin xarabasında vəhşilərin, canilərin əlində balalarımız nə hala düşüb. Yeriyə bilmirdilər, ayaqları yer tutmurdu yeriməyə. Onların qanı təmizlənməlidir, təcili şəkildə psixoloji müalicə almalıdırlar. Çox narahatıq.

Aqşin bu vəziyyətində işləmək istəyir. Deyir, gedim maşın yuyum, "moyka"da işləyim. Deyirəm, bala, sağlamlığın yoxdur. İdmana getmək istəyir, ancaq hal yoxdur, bədən əsir. Adicə telefonu tutur, əlləri əsir".

"Cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Biz səsimizi cənab Prezidentə verdik, çünki hər zaman xalqın yanında olduğunu bir daha sübut etdi, balalarımızı azad etdi. Dövlət başçısına sonsuz minnətdarlığımı bildirirəm. İnanıram ki, cənab Prezident yenə də Aqşinin, Hüseynin arxasında duracaq, onları yıxıldıqları yerdən bir daha qaldıracaq", - Dürdanə Bəbirova vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1068   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr