Ən çox tıxacın olduğu Bakı-Sumqayıt yolu: Problemin həlli varmı?

Ən çox tıxacın olduğu Bakı-Sumqayıt yolu: Problemin həlli varmı?Bu gün ən çox tıxac probleminin hiss edildiyi istiqamətlərdən biri, bəlkə də birincisi Bakı-Sumqayıt yoludur. Hər gün minlərlə insan bu yolda tıxacla üzləşir. Sözügedən yolda vətəndaşların üzləşdiyi tıxac probleminin həlli istiqamətində müəyyən tədbirlər görülüb və proses davam edir. Sumqayıtı Bakı ilə birləşdirən sürət qatarı mövcuddur. Avtobuslar üçün yeni zolaq çəkilib. Həmçinin yanvarın 21-dən Sumqayıtdan Bakıya - metronun "Avtovağzal" stansiyasına ekspress avtobuslar gəlir. Lakin Sumqayıt və bu yol üzərindəki digər yaşayış məntəqələrinin sakinlərinin tıxac problemi hələ də tam olaraq həllinin tapmayıb. İnsanlar yollarda sıxlıq olmasından narazıdırlar. Bəs bu problemin həlli üçün daha nələr edilə bilər?

"Kaspi" qəzeti bu sualın cavabını ekspertlərdən öyrənməyə çalışıb.

Qatarların sayı artırılmalıdır

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Kaspi"yə açıqlamasında bildirdi ki, bu məsələ kompleks şəkildə həll olunmalıdır: "İntensivliyi artırmağa ehtiyac var. Bakı ilə Sumqayıt arasında dəmir yolu mövcuddur, hazırda xətt üzrə yeddi qatar hərəkət edir. Altı qatarın da gəlməsi nəzərdə tutulub. Həmçinin stansiyaların sayını artırmaq planlaşdırılır. Bu, indiki vəziyyətdə müsbətə doğru dəyişiklik deməkdir. Amma qatarların sayını yenə də artırmağa ehtiyac var".

Nəzarət tədbirləri sərtləşdirilməlidir

R.Ağamirzəyevin fikrincə, Bakı-Sumqayıt yolunda ümumi tıxaca səbəb kütləvi avtomobillə şəhərə daxil olmaq, həmçinin qeyri-qanuni sərnişin daşımasıdır: "Bunun çıxış yolu daha çox sərnişin daşıyan ictimai nəqliyyat növlərinin inkişafıdır. Fərqli nəqliyyat növləri olmalıdır. Ekspress avtobuslar yaradılıb. Amma avtobus zolaqlarında sərt nəzarətə ehtiyac var. Bu zolağa daxil olmanın cəzası ağırlaşdırılmalıdır".

Ekspert bildirdi ki, son illər insanlar daha çox şəxsi nəqliyyatdan istifadə edirlər: "Bunun da obyektiv səbəblərindən biri ictimai nəqliyyatın keyfiyyətinin aşağı səviyyədə olmasıdır. Çeşid də azdır. Düşünürəm ki, bu sahəyə daha çox investisiya yatırmaq lazımdır".

Manatlıq taksilərdən imtina etmək üçün

R.Ağamirzəyev qeyd etdi ki, hələ ekspress avtobuslar yenidir: "Mövcud qanunvericiliyə görə, avtovağzaldan avtovağzala prinsipi tətbiq olunur. Çünki Sumqayıt ayrıca bir şəhərdir. Ona görə şəhərin digər nöqtələrinə hərəkəti mümkün deyil. İnsanlar manatlıq taksilərə alışıb. Onları daha rahat və təhlükəsiz olan avtobusa yönləndirmək üçün təbliğatı aparılmalıdır. Çünki manatlıq taksilər tıxaca mənfi təsir göstərir".

Baş planda bu nüanslar var

Müsahibimiz düşünür ki, bu məsələlər zamanla öz həllini tapacaq: "İkinci mərhələ relsli nəqliyyat - tramvayın çəkilməsi, şəhərətrafı elektrik qatarının şəhərdə fərqli nöqtələrdə yeni stansiyalarının açılmasıdır. Bakının yeni təsdiqlənən Baş planında bu nüanslar var. Həmçinin daşıyıcıların vəziyyətinin yaxşılaşdırması yönündə brutto xərc müqavilələrinə keçilməlidir. Ekspress avtobuslarda tariflər müəyyən olunub. Amma biznes modeli dəyişməlidir. Bu da hər kilometrə görə subsidiya ayrılması deməkdir. Bunları mərhələli şəkildə həll etməklə bugünkü mürəkkəb vəziyyəti müsbətə doğru dəyişmək mümkündür".

Tək Bakı və Sumqayıt əhalisi deyil
R.Ağamirzəyev bildirdi ki, Bakı-Sumqayıt yolunu düzəltmək üçün şəhər girişlərini də nizamlamaq lazımdır: "Bakı-Sumqayıt yolu, xüsusən də Xırdalana qədər olan yol həm də şimal sərhədinə tərəf getmək üçün istifadə edilir. Ona görə hərəkət edənlər tək Bakı, Xırdalan, Sumqayıt əhalisi deyil. Bu da nəqliyyat axınına təsir edir. Bakıya daxil olmağa da nəzarət etmək lazımdır. Şəhərin girişlərində parkinq nöqtələri qurulmalıdır ki, insanlar avtomobillə gəlsə də, park edib ictimai nəqliyyata yönəlsin".

Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə məsələnin həllini nəzarət kameralarında görür: "Avtobus zolaqlarında kamera ilə müşahidə edilməyən nöqtələr var, həmin kor nöqtələrdə avtomobillər zolaqlara daxil olurlar. Qəsəbələrə, kəndlərə döndükdə problemlər yaşanır. Bunun üçün də kameraları artırmaq və nəzarəti gücləndirmək lazımdır. Elə olmalıdır ki, polis nəzarət etmədikdə də problem yaranmasın. Kameraların funksionallığı təmin olunmalıdır. Hazırda qayda pozuntusu avtomatik qeydə alınmır".

İnsanlar avtomobillə daha sürətlə gedir

Y.Mustafayev dedi ki, insanları taksilərə möhtac qoymamalıyıq: "İctimai nəqliyyatın işini optimallaşdırmasaq, yenə də bir manatlıq taksilər öz effektivliyini saxlayacaq. Çünki vətəndaş baxır ki, avtobusla gedəndə vaxt itirəcək, tıxacda ilişib qalacaqsa, həmin yolu taksidə oturaraq rahat şəkildə getməyə üstünlük verir. İnsanlar fərdi avtomobillə də, avtobusla da eyni vaxta gedir. Hətta avtomobillə daha sürətlə gedir, çünki avtobus dayanacaqlarda dayanır. Əgər hər iki halda tıxacda qalacaqsa, şəxsi avtomobilə üstünlük verirlər. Buna görə də hər gün avtomobil alan insanların sayı artır".

İnfrastruktur yaradılsa, mümkün olar

Müsahibimiz avtobusların Bakı daxilində hərəkət etməsi fikrinə də münasibət bildirdi: "Ekspress avtobusların şəhərə daxil olması hazırda mümkün deyil. Amma gələcəkdə 20 Yanvar, "Şamaxinka" və digər istiqamətlərdə də avtobus zolaqları və digər infrastruktur yaradıldıqdan sonra artıq şəhərə daxil ola bilərlər. Yaxud da avtovağzaldan insanları şəhərə aparan avtobuslar təyin edilər".

Yeddi milyon sərnişin daşınıb

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərovanın sözlərinə görə, insanlar Bakı-Sumqayıt yolunda tıxaca düşməmək üçün qatarla hərəkət edir və belə sərnişinlərin sayı hər il daha da artır: "Hazırda doqquz qatarımız var. Yeni qatarlar sifariş etmişik. 10 qatar bu il çatdırılacaq. Artıq dördü çatdırılıb. altı yeni qatar da gələcək. Test edildikdən sonra dövriyyəyə buraxılacaq. Sərnişin sayı getdikcə artır. Keçən il yeddi milyon sərnişin daşınıb. 2022-ci ildə 5,2 milyon idi. Deməli, sərnişinlər xidmətdən razıdır. Çünki sərnişin tıxaca düşmədən, yolda heç bir maneə və ya təhlükə ilə qarşılaşmadan Bakıya rahat gəlib çatır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1230   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr