Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildən eşidirdiksə, indi gənclərdə də bu xəstəliyin simptomlarına tez-tez təsadüf edilir. Bəs son vaxtlar revmatizmin geniş yayılmasının və cavanlaşmasının səbəbi nədir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.

Bütün oynaq şikayətləri revmatizm deyil

Həkim-revmatoloq Aysel Ağalarova "Kaspi" qəzetinə bildirib ki, havada rütubətin çoxalması bəzi insanlarda sümük-oynaq şikayətlərinə səbəb ola bilər. Amma bütün oynaq şikayətləri revmatizm deyil: "Havanın temperaturu soyuduqda, xarici atmosfer təzyiqi aşağı düşür. Oynaq boşluğundakı təzyiqlə xarici atmosfer təzyiqi uyğun gəlmədiyinə görə, oynaqlar ağrımağa başlayır. Məsələn, revmatoloji xəstəliklərdən revmatoid artrit, osteoartrit (oynaq duzlaşması) kimi xəstələrdə bu şikayətlər daha çox olur. Amma bu əlamətlər həqiqi revmatoloji xəstəliyin olduğunu göstərmir. Bir qrup insan da var ki, onlarda heç bir iltihabı revmatoloji xəstəlik yoxdur, ancaq onlar meteoroloji faktorlara, hava dəyişikliyinə həssas olduqları üçün bu ağrıları hiss edirlər. Onlar revmatoloji xəstə yox, daha çox meteohəssas insanlar kimi nəzarətdə qalmalıdır və aktiv revmatoloji müalicə almalarına ehtiyac yoxdur".

Bir yaşında uşaqda da rast gəlinə bilər

Revmatizmin son vaxtlar geniş yayılması və cavanlaşmasının səbəblərinə gəldikdə, həkim vurğulayır ki, əslində, bu xəstəliyin yaşı yoxdur: "Bir yaşında uşaqda da rast gələ bilər, 70 yaşında qocada da. Ancaq bəzi revmatoloji xəstəliklərin rast gəlmə tezliyi dəyişir. Məsələn, elə revmatoloji xəstəliklər var ki, onlar daha çox gəncləri hədəf alır və aqressiv gedişli olurlar. Oynaq duzlaşmasına isə daha çox yaşlı insanlarda rast gəlinir".

Hicama və zəli prosedurları revmatizmi aqressivləşdirir

Sirr deyil ki, revmatoloji xəstələrin əksəriyyəti bu xəstəliyi türkəçarə üsulu ilə sağaltmağa çalışırlar. Kimisi vanna qəbul edir, kimisi bitkilərdən dərman düzəldir. Həkim bu müalicə üsulunun əleyhinədir: "Əgər xəstədə hər hansı ciddi iltihabı revmatoloji xəstəlik varsa, türkəçarələr nəinki onu sağaldır, hətta xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Ona görə də bütün xəstələrə türkəçarə metodlarından uzaq durmağı məsləhət görürəm. Gün ərzində müayinə etdiyimiz xəstələrdə ağırlaşmalar əsasən bu səbəblərdən olur. Xüsusilə də, son zamanlar ən çox yayılan hicama, zəli prosedurları xəstəliyi ciddi şəkildə inkişaf etdirir, aqressivləşdirir. Bəli, müəyyən fizioterapevtik prosedurlar var ki, biz xəstəyə onları təyin edirik. Onlar ancaq həkim nəzarəti altında müəyyən diaqnoz təsdiqləndikdən və qan nəticələri istənildikdən sonra məsləhət görülə bilər".

Revmatizm əlilliyə səbəb olur
Müalicəsi düzgün aparılmadıqda, revmatizm əlilliyə səbəb olur. Revmatoloq həkim deyir ki, Azərbaycandakı revmatoloji xəstələrin 60-70 faizi düzgün diaqnozun qoyulmaması nəticəsində əllilik dərəcəsinə çatanlardır: "Belə xəstələrdə bütün ağırlaşmaları müşahidə edirik. Hər iki əllərdə, dizlərdə, pəncədə, aşağı ətraflarda bütün oynaqlarda deformasiyalar başlayır və fiziki məhdudiyyətin yaranmasına qədər gətirib çıxarır. Xəstə özünə qulluğu tamamilə itirir".

Həkimin sözlərinə görə, Azərbaycanda müəyyən bölgələr var ki, orada revmatoloji xəstəliklərin sıxlığı daha çoxdur: "Öz təcrübəmdən deyə bilərəm ki, hazırda Qəbələ, Qax, Şəki, Oğuz rayonlarından revmatizmli xəstələrə daha çox rast gəlinir. Burada artiomlu xəstəliklərin əmələ gəlmə sıxlığı daha çoxdur".

Pəhriz mütləqdir?

Bəzi xəstəliklər var ki, onunla mübarizə aparmaq üçün pəhriz mütləqdir. Revmatoloji xəstəliklərdə də pəhrizə ehtiyac olur. Həkim vurğulayır ki, padaqra xəstəliyi tez-tez ət yeməklərindən istifadə edən insanlarda yaranır: "Revmatoloji xəstəliklərin hamısında qidalanmanın az da olsa yeri var. Məsələn, hamının tanıdığı padaqra xəstəliyinə daha çox ət, spirtli içki istifadə edən insanlarda rast gəlinir".

Yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?

Dəfələrlə "dizim ağrıyır, yağış yağacaq" kimi ifadələrin şahidi oluruq. Hətta bu ifadələr məşhur filmlərdə də qeyd edilib. Həqiqətən revmatizmli xəstələr yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?

Həkim qeyd edir ki, revmatizmli xəstələrdə meteohəssaslıq normal insanlara görə daha yüksək olur: "Həqiqi revmatoloji xəstələr havanın rütubətinin və temperaturunun dəyişməsini əvvəlcədən hiss edə bilər. Amma bununla yanaşı, revmatizmlə bağlı xəstəliyi olmayan meteohəssas insanlar var ki, rütubətin dəyişməsini 5-6 saat əvvəldən hiss edirlər. Bu, həmin insanın mütləq revmatizminin olduğunu göstərmir. Hər bir halda xəstənin sümük, oynaq şikayəti varsa, yağış yağmazdan öncə hiss edirsə, revmotoloqa müraciət etməlidir. Üstəlik, klinikada icbari sığorta ilə revmatoloji müayinələr pulsuzdur".

"Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir"

Ortopediya və Travmatologiya mütəxəssisi İlhan Dəmiryılmaz isə deyir ki, revmatizm ən çox qadınları və stressi sevir: "Revmatoid artrit ən çox rast gəlinən iltihablı oynaq xəstəliyidir. Müalicə edilməzsə, inkişaf edir, daxili orqanlarla yanaşı, oynaqlara da təsir edir. Oynaqlarda ağrı, şişkinlik, temperaturun artması, qızartı və hərəkətdə çətinlik kimi şikayətlərlə başlayır. Xəstəliyin aktiv mərhələlərində yorğunluq və yüngül qızdırma kimi ümumi simptomlar ola bilər. Gecə və ya səhər oynaqlarda ağrı, hərəkətdə çətinlik yaranır, sonra hərəkət etdikcə tədricən açılır. Ağrı şiddətindən asılı olaraq gün ərzində davam edə bilər. Barmaqlar və biləklər ən çox təsirlənən oynaqlardır. Bu, adətən gənc və orta yaşlı insanların xəstəliyidir. Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1348   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr