Azərbaycan maska rejiminə qayıdır? – AÇIQLAMA

Azərbaycan maska rejiminə qayıdır? – AÇIQLAMAAzərbaycanda son 1 ay ərzində (31.12.2023-31.01.2024) koronavirusa 325 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.

Koronavirusa yoluxma niyə artıb? Yeni dalğa gözlənilirmi? Qazaxıstanda olduğu kimi, maska rejiminə qayıda bilərikmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası rəsmən bitsə də, omikron ştamının mutasiya variantları davam edir:

"Bu, epidemik yoluxmalara səbəb olur. Lakin bu, pandemiyanın geri qayıtması demək deyil. Pandemiyanın geri qayıtması mümkün deyil. Sadəcə epidemik ocaqlar virus tamamilə yoxa çıxana qədər davam edəcək. Qızılca virusunun, sarılıq və digər infeksiyaların da son vaxtlar fəallaşması ayrı-ayrı ölkələrdə epidemioloji vəziyyəti pisləşdirib. Ayrı-ayrı ölkələr həmin vəziyyəti dəyərləndirib ona uyğun qərarlar verirlər. O cümlədən Qazaxıstanda maska rejiminin bərpa olunmasına qərar verilib. Qərarların verilməsi həm Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi, həm də yerli səhiyyə orqanının vəziyyəti dəyərləndirib verdiyi tövsiyələr əsasında həyata keçib".

Həkim qeyd edib ki, Azərbaycanda da durum Qazaxıstana yaxındır:

"Bizdə də koronavirusa yoluxmalar var, modul tipli xəstəxanaların fəaliyyətinin yenilənməsi var, ölüm halları da var. Hesab edirəm ki, bizdə də Qazaxıstandakı kimi qadağalar ola bilər".

Adil Qeybulla hesab edir ki, respirator infeksiyalardan qorunmağın yeganə yolu maska taxmaq və gigiyenik tədbirlərə riayət etməkdir:

"Yəni əllərin dezinfeksiyasıdır, məsafə gözləmək və s. Biz bu vərdişləri ömür boyu yadda saxlamalıyıq. Siz görürsünüz ki, ildən-ilə müxtəlif sürprizlər ortaya çıxır. Dünyada həddən artıq insan artımı, onun fəaliyyəti nəticəsində baş verən iqlim dəyişiklikləri – atmosfer havasında həddən ziyadə karbon qazı, metan toplanması nəticəsində yaranan iqlim dəyişikliyi və bununla bağlı ayrı-ayrı virusların fəallaşması, immun sisteminin dəyişməsi rol oynayır. Koronavirus pandemiyası da məhz bu faktorlara dayanır.

Dünya artıq həyəcan təbili çalır və bununla bağlı qlobal layihələr hazırlanır. Amma bütün bunlara qədər hər bir toplum gərək heç olmasa özlüyündə karantin qaydalarına əməl etsin, mümkün qədər hava-damcı yolu ilə yayılan infeksiyaların qarşısının alınmasına yardımçı olsun. Maska bir mədəniyyət nümunəsinə çevrilməlidir. Xüsusilə də qış vaxtı respirator infeksiyaların artması zamanı hər bir kəs düşünməlidir ki, başqasını yoluxdurmasın, özü yoluxduqda isə sağalıb sonra kollektiv içərisinə çıxsın. Biz bunu dərk etsək, həmişə buna əməl etsək hesab edirəm ki, problemlərimiz az olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2134   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı

"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n

14 sentyabr
.

Fuad Əliyevə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat

14 sentyabr
.

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb. "Qafqazinfo" -a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub. Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqə

15 sentyabr
.

Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA

Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı

14 sentyabr
.

"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev

"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd

14 sentyabr
.

Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac

15 sentyabr
.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi

Zərdabda bir həftə əvvəl baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova da dünyasını dəyişib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı "KIA" markal

15 sentyabr
.

Sabahdan Bakı metrosunda intervallar azaldılır

"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir. bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər-Əhmədli" mənzilində pi

14 sentyabr