Bu ərazilər Azərbaycan ordusunun nəzarətinə keçəcək
Prezident seçkilərinin bitməsindən sonra Ermənistanla sülh danışıqları yenidən aktuallaşdı. Bakı-İrəvan xəttindəki danışıqları istiqamətlər üzrə bir neçə komponentə bölmək olar. Onlardan biri də sərhədin delimitasiyası çərçivəsində işğal altında qalan 8 kəndin azad edilməsidir. Ermənistanda bununla bağlı iki kontekstdə müzakirələr gedir: hakimiyyətə yaxın dairələr 8 kəndin o qədər də əhəmiyyətli olmadığını və sülh naminə problemin həll edilməli olduğunu vurğulayır; müxalifət isə bu kəndlərin qaytarılacağı halda, strateji baxımdan böyük itkilərlə üzləşəcəklərini iddia edir.
Publika.az xəbər verir ki, iranşünas ekspert Vardan Voskanyan 8 kənd qaytarılacağı halda Bakının böyük strateji üstünlük əldə edəcəyi fikrini ortaya atıb.
"Tavuş istiqamətində kəndlər (Qazaxın 7 kəndi) qaytarılarsa, bu, Ermənistan və Gürcüstan arasında strateji yolların Azərbaycanın nəzarətinə keçməsi ilə nəticələnəcək. Tiqranaşen (Kərki kəndi) qaytarılarsa, Ermənistanın İrana gedən marşrutları Azərbaycan ordusunun nəzarətinə keçəcək. Bu isə təkcə İranla əlaqənin yox, həm də Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin də Azərbaycanın nəzarətinə keçməsi deməkdir. Buna görə də həmin ərazilər təkcə kəndlərdən ibarət deyil, bütövlükdə regional nəqliyyat müstəvisində əhəmiyyətli açarlardandır", - erməni ekspert iddia edib.
Qeyd edək ki, Azərbaycan işğal altında qalan 8 kəndlə bağlı mövqeyini elan edib: anklav olmayan 4 kənd ilkin mərhələdə qaytarılır, anklav olan 4 kənd sonrakı mərhələdə müzakirə edilir. Bu məsələ sərhədin delimitasiyası üzrə komissiyaların gündəliyinə daxildir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1081 Tarix: 12 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir. Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş
14 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabrSabah 35 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy
15 sentyabrİcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
15 sentyabrNəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac
15 sentyabr"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabr