"Ermənistanın Qazaxın 7 kəndi və Kərkini qaytarmaqdan başqa hansısa bir alternativ variantı yoxdur" -POLİTOLOQ
Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində ən mühüm məsələlərdən biri də Ermənistan ərazisində qalan və işğal olunan Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlıdır. Bu ilin sonuna qədər Qazaxın 7 kəndi və Sədərək rayonunun Kərki kəndi geri qaytarıla bilərmi?
Məsələ ilə bağlı politoloq Tural İsmayılam Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı olası təxribatlarının qarşısını almaq üçün işğalda olan kəndlərimiz geri qaytarılmalıdır:
"Qazaxın işğal altında olan yeddi kəndi Azərbaycana geri qaytarılmalıdır.Bu anklav kəndlərimiz bir çox strateji yüksəkliklərdən ibarətdir. Bu da öz növbəsində Ermənistan kəndlərindən Gürcüstana gedən yollara çox rahat şəkildə nəzarət etmək imkanları yaradır. Naxçıvanın Kərki kəndi yerləşdiyi geostrateji mövqeyə görə çox önəmli ərazidir. Bundan sonra Ermənistanın Azərbaycana qarşı olası təxribatlarının qarşısını almaq üçün işğalda olan kəndlərimiz geri qaytarılmalıdır. Qazaxın işğal altında olan səkkiz kəndinin geri qaytarılmaması prosesin ləngiməsinin səbəbi delimitasiya komissiyalarının işinin Ermənistan tərəfindən yubadılması ilə bağlıdır. Ermənistanın bu prosesi sabotaj etdiyinə görə, kəndlərin siyasi və delimitasiya prosesi ilə bağlı hələ də ciddi addımlar atıla bilməyib. Amma, hazırkı vəziyyət onu göstərir ki, kəndlərin bu il ərzində Azərbaycana geri qaytarıla bilər. Çünki Ermənistanın Qazaxın işğal altında olan səkkiz kəndini qaytarmasından başqa hansısa bir alternativ variantı yoxdur".
Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri , Naxçıvanın Kərki kəndi Ermənistan tərəfindən işğal edilib
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?