Erməni təxribatında yaralanan əsgər: "Ordumuz hər zaman öz hərbçisinin qisasını alıb" - YENİLƏNİB + FOTO/VİDEO

Erməni təxribatında yaralanan əsgər: "Ordumuz hər zaman öz hərbçisinin qisasını alıb" - YENİLƏNİB + FOTO/VİDEO"Hazırda özümü yaxşı hiss edirəm, sağalmağa çalışıram".

Bunu Oxu.Az-a açıqlamasında ötən gün şərti dövlət sərhədinin Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə deyib.

O bildirib ki, 8 aydır həqiqi hərbi xidmətdədir:

"Eşitdiyimə görə, qarşımızda olan və mənə atəş açılan post darmadağın edilib. Bu, çox qürurvericidir. Azərbaycan Ordusu hər zaman öz hərbi qulluqçusunun yanında olub və olacaq. Ordumuz hər zaman öz hərbi qulluqçularının qisasını alıb və bu belə də olacaqdır".

Qeyd edək ki, P.Xəlilzadə Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının 2023-cü il məzunudur.
***

"Xəstə axşam saatlarında güllə yarası ilə daxil olmuşdu. Vəziyyəti nəzərə alınaraq cərrahi əməliyyata alınıb".

Oxu.Az xəbər verir ki, bu barədə Neyrocərrahiyyə Xəstəxanasının spinal cərrahiyyə şöbəsinin müdiri Rasim Quliyev açıqlama verib.

O bildirib ki, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu boyun hissəsinin ön yan səthindən girmiş güllə yarası ilə daxil olub:

"Güllə onurğa kanalının içərisində qalmışdı. Təxirəsalınmaz əməliyyata götürüldü. Əməliyyat uzun çəkdi, lakin əlavə toxumalar zədələnmədən güllə onurğa kanalından xaric olunub. Dünən xəstəxanaya daxil olarkən onun vəziyyət ağır olaraq qiymətləndirilmişdi, lakin bu gün xəstənin vəziyyəti ötən gün ilə müqayisə xeyli yaxşıdır".

***
Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində boyun nahiyəsindən yaralanan hərbi qulluqçumuz əməliyyat olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə ixtisaslaşmış tibb müəssisələrindən birində zərruri cərrahi əməliyyat keçirib. Həkim nəzarətində müalicəsini davam etdirir. Vəziyyətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. İstintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.


Erməni təxribatında yaralanan əsgər: "Ordumuz hər zaman öz hərbçisinin qisasını alıb" - YENİLƏNİB + FOTO/VİDEOErməni təxribatında yaralanan əsgər: "Ordumuz hər zaman öz hərbçisinin qisasını alıb" - YENİLƏNİB + FOTO/VİDEOErməni təxribatında yaralanan əsgər: "Ordumuz hər zaman öz hərbçisinin qisasını alıb" - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1828   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr