600 min evdən hansıları söküləcək? - Sənədləşmə ilə bağlı AÇIQLAMA

600 min evdən hansıları söküləcək? - Sənədləşmə ilə bağlı AÇIQLAMA"Sənədsiz evlərin dəqiq sayını demək bir az çətindir. Bu, 600 min də, 1 milyon da ola bilər. Yalnız inventarlaşdırma işləri həyata keçirildikdən sonra bəlli ola bilər."

Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.

Ekspert əlavə edib ki, sənədsiz evlərin gələcək taleyi qeydiyyat orqanının məsələyə yanaşmasından asılı olacaq: "Fikrimcə, qeydiyyat orqanı bu tikililərin sənədləşdirilməsi istiqamətində maraqlı görünmür. Bu məsələdə obyektik və subyektiv yanaşmalar var. Amma yanaşmaların əksəriyyəti subyektivdir.

Son 2-3 ilin müşahidələri göstərir ki, qeydiyyat orqanı bu cür problemi saxladıqca, ortaya zəlzələ və digər problem çıxır. Vətəndaşlar mövcud reallığı nəzərə alaraq dəyərindən 10 dəfə çox artıq vəsait ödəyərək öz evlərini sənədləşdirirlər. Ortalığa qoyulan qərarlar, normativ hüquqi aktlar bu problemin daha qabarıq şəkildə ortaya çıxmasına səbəb olur".

Ramil Osmanlı qeyd edib ki, 2019-cu ildə qəbul olunmuş konsepsiyada göstərilirdi ki, təyinatından asılı olmayaraq bütün torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evləri sənədləşdiriləcək:

"Lakin bu məsələdə istisnalar var. Mühafizə zolaqlarında yerləşən tikililər, avtomobil yolları, dəmiryol xətləri, yüksək gərginlikli elektrik xətləri, magistral qaz və neft kəmərləri kimi mühafizə zolaqlarının ərazisində yerləşən tikililər söküləcək və onlara sənəd verilməyəcək. Eyni zamanda vulkanik və aktiv mədən ərazilərində yerləşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsi məsələsinə baxılırdı. Lakin sonradan bu proses dayandı. Bu gün yeni qərar qəbul olunacaqsa, bu istiqamətdə olacaq. Çünki yanaşma bundan ibarətdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1251   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr