Bakıda müxtəlif səbəblərdən zərər görən bəzi evlərə görə kompensasiya verilməyəcək
Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb. Son illər bir çox vətəndaşlarımız öz mənzillərini, obyektlərini və fərdi yaşayış evlərini sığortalamağa üstünlük verirlər.
Bəs paytaxt Bakıda və Abşeronun digər ərazilərində əksəriyyət təşkil edən sənədsiz evlərin sığortalanması hüquqi praktikada mümkündürmü?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, sığorta şirkətləri heç bir halda çıxarışı olmayan evləri sığorta etmirlər:
"Birinci onu qeyd etmək lazımdır ki, vətəndaşın sənədsiz ev və torpaq sahələrini alması və yaxud təyinatı başqa növ kateqoriyalı olan fərdi yaşayış evləri və torpaq sahələri üçün ödəniş etməsi risklidir. Nəticə etibarı ilə bu gün vətəndaşlar evlərinin qanuni çıxarışlarının olmaması səbəbindən daşınmaz əmlaklarını icbari qaydada sığorta etdirə bilmirlər. Sığorta şirkətlərinin bu növə aid olan daşınmaz əmlakları sığorta etməkdən imtina etməsi də qanuni və əsaslıdır. Çünki icbari sığorta haqqında qanunvericiliyin tələblərindən biri odur ki, mütləq şəkildə daşınmaz əmlak müvafiq dövlət qeydiyyatına alınmalıdır.
Qeyd edim ki, çıxarışı olmayan evlərin və torpaqların sığortası mümkünsüzdür. Çünki sığorta şirkətləri mütləq qaydada çıxarışı olan fərdi yaşayış evlərini sığorta etmək barədə qanunvericiliyin tələblərini icra etmək məcburiyyətindədirlər".
Hüquqşünas fərdi yaşayış evlərinin sığorta edilməsi üçün mütləq şəkildə çıxarış alınmalı olduğunu diqqətə çatdırıb.
"O cümlədən neft ərazisi, kənd təsərrüfatı təyinatlı torpaq, sahibkarlıq və sənaye təyinatı torpaqlarda tikilən evlərin sənədləşdirilməsi ciddi problemdir. Bununla bağlı ilkin olaraq ərazidə yaşayan vətəndaşların müvafiq icra hakimiyyəti qurumuna müraciət etməsi tələb olunur. Bundan sonra Nazirlər Kabinetinin müvafiq qərarı və sərəncamı əsasında əhalinin kütləvi halda məskunlaşdığı ərazinin torpağının təyinatı dəyişdirilir. Sonra isə vətəndaşların tikmiş olduğu fərdi yaşayış evlərinin sənədləşməsinə başlanıla bilər və sənədləşmədən sonra vətəndaşlar mənzillərini, fərdi yaşayış evlərini sığorta etdirə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 854 Tarix: 13 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrSabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrRamiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y
4 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabr