Narkotiki təbliğ edən şəxsləri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Narkotiki təbliğ edən şəxsləri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMADivarlarda bu yazıları gördükdə ağla ilk olaraq ya musiqi, ya da oyun saytı olduğu gəlir. Lakin sayta giriş etdikdə bunun heç də belə olmadığını görürük. Çünki sözügedən sayt teleqram botuna bağlı olan narkoşəbəkənin saytıdır. Əfsuslar olsun ki, bu saytın adı məktəblilərə yaxın ərazilərdə rast gəlinir. Bəs Azərbaycanda narkotik satışını təbliğ edənləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı, hüquqşünas Şamil Paşayev Sonxeber.az-a açıqlamasında bildirib ki, narkotik vasitələri satış məqsədilə həyata keçirmək üçün bir sıra yollardan istifadə edilir:

"Onların özünün marketinq planları olur. Digər satış həyata keçirən şəxslər ilə birlikdə özünün düzənləri olur. Onlarda effektiv üsullardan istifadə edir və daha çox satış edirlər. Narkotik istifadəsi və satışı xeyli miqdarda artıq olduqda, əldə etmək, saxlamaq və daşımaq cinayətdir. Narkotik vasitələrin satışı isə miqdarından asılı olmayaraq cinayət hesab olunur. Nəzərə almaq lazımdır ki, mediadan və internet informasiya ehtiyatlarından, internet telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələrin satışını təmin etmək 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Şamil Paşayevin sözlərinə görə, bu kimi yollardan, adlardan istifadə edən şəxslərin məsuliyyətə cəlb edilməsi ilə həll edilir. Nəzərə almaq lazımdır ki, xüsusən teleqram botları və saytlar vasitəsilə bunları etməklə narkotik qlobal sferaya daxil olub:

"Geniş kütləyə xitab edən satış metodlarını özündə birləşdirir. Bunların bir çoxu xaricdən idarə olunur və Azərbaycanda bu şəbəkələri tapmaq, onları məsuliyyətə cəlb etmək asan deyil. Amma hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir çox Azərbaycanda fəaliyyət göstərən qruplaşmaları məsuliyyətə cəlb etmək olur. Xaricdən saytlarının və teleqram kanallarının idarə olunması qlobal şəbəkədir. Bu məsələni kökündən həll etmək təkcə Azərbaycan hüquq-mühafizə orqanlarına aid deyil. Eyni zamanda burada bütün olan hüquq-mühafizə orqanlarının, dövlətlərin və beynəlxalq reaksiyaların alması ilə həll edilə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1738   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr