Kafe və restoran sahiblərinə ÇAĞIRIŞ
Respublika ərazisində iaşə obyektlərində, o cümlədən kafe və restoranlarda baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış təhlili nəticəsində həmin yanğınların bir hissəsinin tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməməsi nəticəsində baş verdiyi müəyyən edilib.
Bu barədə Sonxeber.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, kafe və restoranların mətbəxində zamanla tüstü bacalarında yağ qatı əmələ gəlir. Yüksək yanma xassəsinə malik bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır, vaxtında təmizlənmədikdə ani qığılcımdan yanğın baş verməsinə səbəb olur.
Yalnız FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənlərinin gərgin əməyi və səriştəli fəaliyyəti sayəsində bu kimi yanğınların genişlənməsinə imkan verilmədən qarşısının alınması mümkün olur.
Yuxarıda qeyd olunanları, habelə iaşə obyektlərinin insanların kütləvi toplaşdığı məkanlar olduğunu və bu obyektlərin bir hissəsinin yaşayış binalarında yerləşdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kafe və restoran sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməsinin təmin olunmasına çağırır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 561 Tarix: 20 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İcra başçısı müavinini vəzifəsindən azad etdi
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Başçının müavini - Ərazi təşkilat və ictimai - siyasi məsələlər şöbəsinin müdiri Ülviyy
6 aprelYerdə əhalinin sayı həddindən artıqdır: Həyəcan TƏBİLİ
Alimlərin fikrincə, hazırda Yer kürəsində yaşayan insanların sayı planetin dayanıqlı imkanlarını artıq xeyli üstələyib. xarici mediaya istinadla xəbər verir ki, onların hesablamalarına görə, Yer yalnız təxminən 2,5 milyard insanı uzunmüddətli və stabil şəkildə resurslarla təmin edə bilər. Araşdırma nəy
6 aprel"Papanin" hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətind
6 aprelSabah güclü külək əsəcək
Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz
7 aprelKafe və parklardakı pulsuz Wi-Fi-lərə qoşulanlara XƏBƏRDARLIQ
İctimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, bu cür bağlantılar ciddi təhlükələr yarada bilər. Xüsusilə kafe, park və ticarət mərkəzlərində istifadə olunan şifrəsiz və ya zəif qorunan şəbəkələr şəxsi məlumatların oğurlanması riskini artırır. xəbər verir ki, Kibertəhlükəsizli
7 aprelBakcell ilə ingilis dilini "Singit" tətbiqində öyrən
İnnovasiya lideri Bakcell abunəçiləri üçün "Singit" xidmətinə çıxış imkanı yaradır. Xidmət ingilis dilini öyrənmə prosesini daha praktik və gündəlik vərdişə çevirərək, musiqi əsaslı yanaşma ilə istifadəçilərə dili daha rahat mənimsəməyə imkan verir. "Singit" tətbiqi istifadəçilər
7 aprelXəzərdə daha bir zəlzələ - Yenilənib
Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib. *. Xəzər dənizində daha bir zəlzələ olub. 3.0 maqnitudalı zəlzələ yerl
7 aprelSəmada 34 il: AZAL yaranma tarixini qeyd edir
7 aprel Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cü ildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməs
7 aprel