Bakıda yeniyetmələr arasındakı bullinqin səbəbi AÇIQLANDI - VİDEO
"Şagirdlər zorakılıq törədən uşaqla bağlı hər hansı problem yaşamadıqlarını deyirlər".
Bunu 156 saylı məktəbin yaxınlığında zorakılığa məruz qalan yeniyetmə qızla bağlı jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib.
Onun sözlərinə görə, zorakılığı törədən şagird qarşı tərəfin ona virtual zorakılıq etdiyini iddia edir.
"Hazırda zorakılıq edən şagird və onun ailəsi ilə əlaqə qura bilmirik. Telefonlara cavab vermirlər, qapıya gedən müəllimlərə də qapını açmırlar. Buradan həmin şagirdin valideyninə açıq şəkildə demək istəyirəm ki, bu onun məsuliyyətsizliyidir. Bildirim ki, zorakılıq edən qız qeyd edib ki, bullinqə məruz qalan qız ona virtual zorakılıq göstərib (sosial şəbəkələrdə şəklini paylaşaraq əxlaqsız xidmətlər göstərdiyini qeyd edib - red.). Bu səbəbdən də videodakı davranışa əl atıb. Təbii ki, bu yolverilməzdir".
G.Səfərova əlavə edib ki, 156 saylı məktəb davranış qaydalarına görə pilot layihənin olduğu məktəblərdən biridir:
"Hazırda bu yöndən də biz araşdırma aparırıq. Bu məktəbdə müəllimlər üçün bullinq təlimləri keçirilib.
Onu da qeyd edim ki, zorakılığa məruz qalan uşaq da 156 saylı məktəbin məzunu olub. Amma videonu çəkən şəxs məktəbin şagirdi olmayıb. Onun kənardan dostu olub".
Şagirdlərin arasında nə baş verdiyi barədə məsələyə gəldikdə isə, nazirlik rəsmisi qeyd edib ki, təfərrüat hələ məlum deyil.
Ətraflı videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3183 Tarix: 20 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
4 noyabrPalma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü
1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi
5 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr