"Ermənistanın törətdiyi cinayətlər Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra daha çox ortaya çıxmağa başladı" - Politoloq
Xocalı rayonu ərazisində kütləvi məzarlıq aşkar edilib. Məzarlıq təmir-tikinti işləri zamanı aşkarlanıb. Tapılan skelet qalıqlarının əsasən əlləri və ayaqları bağlı uşaq və qadınlara aid olduğu bildirilib.
Məsələ ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
O bildirb ki, Ermənistanın törətdiyi cinayətlər Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra daha çox ortaya çıxmağa başladı:
"Nəzərə almaq lazımdır ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər geniş yayılıb. Bu cinayətlərin izləri Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra daha çox ortaya çıxmağa başladı. Tapılan skelet qalıqları və kütləvi mezarlıqlar göstərir ki, biz necə vəhşi və insanlığını itirmiş ölkə ilə üz-üzə qalmışıq. Xocalıda və digər işğaldan azad edilmiş ərazilərimizdə tapılan insan qalıqlar Ermənistanın cinayətlərini növbəti dəfə dünya miqyasında ifşası üçün əsas yaradır.
Beynəlxaql hüquq bu məsələdə kifayət qədər işlək olmalıdır. Amma təəssüflər olsun ki, ortada aydın faktlar olsa da, həmçinin tapılan skelet qalıqlarında qadın və uşaqlara qarşı edilmiş vəhşiliklər öz əksini tapsada, bugünədək nə aidiyyatı təşkilatlar, nə də dövlətlər Ermənistana etdiyi cinayətlərə görə hansısa təzyiq etmir Bu bir daha dünyadakı ikiüzlülüyü və ədalətsizliyi növbəti dəfə nümayiş etdirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Bu ölkəyə getmək üçün viza lazım olmayacaq
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
Unikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO
Cenifer Lopes bu kostyumu ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
24 yaşlı oğlanı cərəyan vurub öldürdü