İmtahan nəticələri açıqlandı
İyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komssiyası (TQDK) tərəfindən iyunun 6-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olunub.
Sonxeber.az TQDK-ya istinadla bildirir ki, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz.
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə aşağıdakı məlumatı bir daha çatdırırıq:
Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.
Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1732 Tarix: 08 iyun 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək
Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə
19 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabr