Azərbaycanda dollara tələb niyə kəskin artıb?
"Fevralın son hərracında dollara tələb müqayisəli olaraq azalsa da, valyuta bazarı üçün ötən ay heç də asan olmadı. Fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çoxdur".
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov hərraclarda dollara tələbin artmasına dair şərhində bildirib.
Deputatın sözlərinə görə, bu ilin ilk 2 ayında hərraclarda 1 milyard 287,6 milyon dollar satılıb ki, bu da 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur:
"Sonuncu hərracda 80 milyon dollarlıq sifariş ondan xəbər verir ki, valyuta bazarındakı volatilik bu ay optimallaşdırıla bilər. Qeyd edək ki, ondan əvvəlki 5 hərracın hər birində tələb 3 rəqəmli, yəni 100 milyon dollardan çox olub. Bununla belə, mart ayında da bayram, qeyri-iş günlərinin sayını və potensial idxal həcmini nəzərə alsaq, dollara tələbin kəskin azalmayacağı istisna deyil".
Parlamentari qeyd edib ki, əvvəlki illərdə fevral ayında adətən sakitlik müşahidə edilib:
"Mərkəzi Bank fevral ayında dollara tələbin artmasının daha çox mövsümi faktorlarla bağlı olduğunu bəyan edib. Mövsümi faktorlar həmin dövrə uyğun olaraq daha çox təbii yaranan səbəblər kimi nəzərdə tutulsa da, əvvəlki illərin fevral aylarında valyuta bazarında hər zaman sakitlik müşahidə olunub. Bu isə ondan xəbər verir ki, fevralda valyutaya tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var.
Belə ki, 2023-cü il fevralında hərraclarda cəmi 326.5 milyon, 2022-ci ilin eyni ayında 371.3 milyon və 2021-ci ilin həmin ayında isə 437.4 milyon dollar satılıb. Bu il fevralında isə bu rəqəm 870.6 milyon dollar olub. Göründüyü kimi, 2024-cü ilin fevral ayında müşahidə edilən kəskin artım əvvəlki 3 ilin ferval aylarında qeydə alınmayıb".
"Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ildə idxal 17 milyard 285 milyon dollara çatıb. İdxal isə valyuta tələbi deməkdir. Tələbi optimallaşdırmaq üçün isə bazarın valyuta təklifinin artırılmasına və şaxələndirilməsinə ciddi ehtiyac var", - V.Bayramov əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 720 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabr