Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlarBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Oxu.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyevin cinayət işi üzrə materialların araşdırması zamanı məlum olub ki, keçmiş PA rəhbəri yazdıqlarını Rusiyanın yüksəkvəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlarİş materiallarından aydın olur ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində S.İsmayılovanın adı xüsusi olaraq çəkilir.

Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.

İttiham aktında onun ifadəsindən aşağıdakı məqam yer alıb:

"Əlyazmanın məzmunu xatirimdədir, onu şəxsən özüm avqustdan təxminən bir ay öncə hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etdim".

Mehdiyev deyib ki, sənədin çatacağı ünvan isə Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.

İş materiallarına əsasən, Sevil İsmayılovaya həmin əlyazmanı Narişkinə onun müavini Rəşad Kurbanov vasitəsilə çatdırmaq tapşırılıb.

Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.

Bundan başqa iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının da təfərrüatları əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı "Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif" adlı sənədin Rəşad Kurbanova göndərilməsini istəyib.

Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.

İstintaq materiallarında əksini tapan Sevil İsmayılovanın telefon danışığının mətnində işlətdiyi bu ifadə diqqət çəkir:

"Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqasına".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 762   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 1 049 mənzili güzəştli şərtlərlə satışa çıxarır. Satış prosesi 16 dekabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək. Satışa çıxarıla

14 noyabr
.

Milli teleradio ənənələri və dövlətçilik ideologiyası: Azərbaycan mediasının qarşısında duran yeni vəzifələr

Azərbaycanın milli dövlətçilik tarixində radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, tarixi yaddaşının yaşadılması və dövlətçilik ideologiyasının möhkəmləndirilməsi baxımından mühüm ictimai institutlardır. Prezident İlham Əliyevin Azərbayca

16 noyabr
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16 noyabr
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

15 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

15 noyabr