Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: "Musiqimizi bəsitləşdirməyin"

Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: "Musiqimizi bəsitləşdirməyin""Hər zaman efirlərə dəvət alıram, amma getməyə vaxtım yoxdur getməyə. Bir də özümü gördüyüm verilişlərə gedirəm. Bakı Musiqi Akademiyasının baş elmi işçisiyəm. Orada elmi işlə məşğulam. "Azərbaycanın cənub bölgəsinin folkloru" mövzusu üzərində işləyirəm. Eşidilməyən mahnıları nota alıram. Ötən yayın 3 ayını mən Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və oranın bütün kəndlərini gəzmişəm, araşdırmışam. Heç televiziya yadıma düşmür. Mən birtərəfli xanəndə olub, təkcə oxumaqla kifayətlənməmişəm. Həm xanəndəliklə məşğul olmuşam, həm Müdafiə Nazirliyində bir əsgər olmuşam, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşam"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib. O daha sonra əlavə edib.
Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: "Musiqimizi bəsitləşdirməyin""Sözün düzü heç efirləri izləməyə də vaxtım yoxdur. Özüm oxuyanda zəng edib mənə deyirlər. Tamaşaçılardan, xalqdan eşidirəm ki, televiziya verilişlərindən incikdirlər. Mənim özümü görəndə də bəzi verilişlərdən gileylənirlər. Deyirlər ki, "darıxmışıq əvvəlki oxuyanlar üçün". Demirəm ki, efirdə ancaq əvvəlki oxuyanların köhnə lentlərini göstərsinlər. Arzu edərdim ki, səviyyə yerində qalsın, milli dəyərləri qoruyub saxlasınlar. Efirlərə çıxanda sənətçilər gərək tamaşaçıları da fikirləşsinlər. Hər cür tamaşaçı bizi izləyir, onlara birtərəfli baxmaq olmaz. İstedadlı gənclərimiz çoxdur, oxumaqlarını bəyənirəm. Amma lap çox olsa nə ziyanı var ki? Bizim Azərbaycan musiqisini bəsitləşdirməsinlər, geyim-keçimlərinə fikir versinlər" deyə sənətkar bildirib.

Xalq artisti pandemiyada itirdiyi bacısı və onun həyat yoldaşından da danışıb.

"Hər bir insanın xoşbəxt günləri də olur, acılı günləri də. Bunlarsız həyat bəlkə də mənasız olar. Bilirsiniz ki, bacımı, onun yoldaşını pandemiyada itirdim. Qızı və oğlu bizim himayəmizdə yaşayır. Düzdür, xala kimi öz istəyimi yetiririəm, onları balamdan ayırmıram. Amma ananın yeri başqadır da. Allah heç bir övladı anasız, atasız etməsin. Ananın yerini heç kəs əvəz edə bilməz. Ana anadır da. 9 ay uşaq ana bətnində olur, onun nəfəsi ilə qidalanır və sonra dünyaya gəlir. Xala özünü öldürsə də, dağa-daşa vursa da ananı əvəz edə bilməz" deyə sənətkar bildirib.

Zümrüd Məmmədova ona hər zaman dəstək olan xalq artisti Zeynəb Xanlarovadan da danışıb.

"Uşaq olanda özüm üçün səhnə düzəldirdim, Zeynəb Xanlarovanı yamsılayırdım. Onu o vaxtdan necə sevmişəmsə o sevgi hələ də qəlbimdədir. Hər zaman sənətinin qarşısında baş əymişəm. Zeynəb Zeynəbdir də. O sözünü deyib. İndiki zamanda da deyir, oxuyur. Hərtərəfli xanımdır, bu xanım oxumağını, geyimini, ədəb-ərkanını həmişə qoruyub saxlayır. Allah ona can sağlığı versin. Zeynəb xanım olmasaydı bəlkə mən də səhnədə olmazdım. Ona pərəstiş edib sənətə gəlmişəm. Deyərdim ki, bütün xanım müğənnilərinin müəllimidir. Hər zaman ondan ünvanıma gözəl, xoş sözlər eşitmişəm. 1992-ci ildə Türkiyədə 3 aylıq festivalda onunla birgə olmuşam. Tez-tez görüşüb danışırdıq. Elə olub ki, gecə saat 2, 3-ə kimi söhbət etmişik. Onun söhbətlərindən doymamışam" deyə sənətkar bildirib.
Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: "Musiqimizi bəsitləşdirməyin"Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: "Musiqimizi bəsitləşdirməyin"Xalq artisti gənc həmkarlarına SƏSLƏNDİ: "Musiqimizi bəsitləşdirməyin"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 975   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr