Metro və avtobuslarda gediş haqqı 50 qəpiyə QALDIRILIR? - AÇIQLAMA
Son günlərdə metro və avtobuslarda gediş haqqının artırılacağı barəsində vətəndaş arasında fikirlər yayılıb. Ölkə ərazisində gediş haqqı artırıla bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Xaliq Kərimli Sonxeber.az-a açıqlama verib.
Xalid Kərimli gediş haqqı qiymətlərinin artmasının gözlənilmədiyini bildirib:
"Yaxın zamanlarda gediş haqqı qiymətlərinin artması gözlənilmir. Qiymətlərin bir ildən sonra artırılması düzgün deyil. Çünki, son bir ildə yanacaq, avtomobil qiymətlərinin kəskin artımı müşahidə olunmayıb. Yanacaq qiymətləri stabildir. Bu baxımdan gediş haqqında hər hansısa bir artım gözlənilmir. Çünki buinflyasiya təsir edir. Eyni zamanda gediş haqlarında qiymət artımı sosial narazılıqlara səbəb ola bilər. Hökümətin bu qısa müddətdə qiymət artımına gedməsi gözlənilmir. Çünki, 31 yanvar 2023 cü ildə bu qərar verildikdən sonrakı vəziyyətdə heç bir ciddi dəyişiklik olmayıb".
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılmasına dair qərar qəbul edilib.
Şura təklifləri müzakirə edərək metroda sərnişindaşıma tarifini 40 qəpik, müntəzəm şəhərdaxili marşrutlarda tarifin yuxarı həddini 40 qəpik , şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə tarifi məsafədən asılı olaraq 40 qəpik-1 manat arası, müntəzəm şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddini 1 kilometr üçün 3 qəpik (əvvəlki tarif 2,4 qəpik), Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında tarifi 60 qəpik (əvvəlki tarif 50 qəpik) səviyyəsində müəyyənləşdirib.
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1365 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabr