Qarabağa köç edənlərin evləri şəhid və qazi ailələrinə nə zaman VERİLƏCƏK? - AÇIQLAMA
Məcburi köçkünlər üçün tikilən evlərin satışı dayandırlmayıb. Satış prosesinin ötən iyulun 1-dək sonlandırlması gözlənilsə də hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var. Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir. Məsələn, Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 min 450 manatla 61 min 790 manat arasında dəyişir.
Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, 2020- ci il 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlər üçün tikilmiş evlərin bir hissəsi şəhid ailələrinə, digər hissəsi isə güzəştli və uzunmüddətli şərtlərlə vətəndaşlara satılması qərara alınıb:
"2020- ci il 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlər üçün tikilmiş evlərin bir hissəsi şəhid ailələrinə, digər hissəsi isə güzəştli və uzunmüddətli şərtlərlə vətəndaşlara satılması qərara alındı. Ortalama ilkin mərhələdə beş min məhzilin yarısı şəhid və qazi ailələrinə, digər yarısı isə aztəminatlı ailələr üçün satışa çıxarılması nəzərədə tutuldu. Bu həm şəhida ailələrin ev problemini aradan qaldırdı, həm də aztəminatlı ailələrin ev almasına şərait yaratdı".
Ekspert bildirib ki, bu evlər boşaldıqca evsiz şəhid ailəsi qalmayacaq:
"İstər şəhid, istərsə də veteranlar növbəli şəkildə dövlət tərəfindən evlərlə təmin olunur. İlkin mərhələdə 2000-2500 mənzil şəhid ailələri üçün nəzərdə tutuldu. Bu da onu deməyə əsasə verir ki, yaxın gələcəkdə məcburi köçkünlərin yaşadıqları binalar boşaldıqca, şəhid, qazi, veteran və aztəminatlı ailələrinə verilmə ehtimalı daha çoxdur. Hazırda köç prosesi davam edir. Bu prosesin bitməsinə hələ illər var. Bu evlər boşaldıqca evsiz şəhid ailəsi qalmayacaq. Ev ala bilməyən aztəminatlı ailələrdə bu şəkildə mənzil sahibi ola bilərlər. Şəhidlərimiz başımızın tacıdır. Azad olunmuş torpaqları biz onlara borcluyuq. Amma həmçinin bu ölkənin digər- aztəminatlı vətəndaşlarıda var ki, onların da ev sahibi olması vətəndaşlıq haqqıdır. Evlər təbii ki, həmin şəxslərə pulsuz verilmir. Həmin evlər kənar ərazilərdə olduğu üçün daha münasibdir. Bu evlər maya dəyərinə satışa çıxarılır"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon