Xankəndidə ikinci parlament binası TİKİLİR? - ARAŞDIRMA

Xankəndidə ikinci parlament binası TİKİLİR? - ARAŞDIRMAXəbər verdıyımız kimi, Xankəndidə separatçıların "parlament" binası sökülür. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Burada maraqlı bir sual yaranır. Xankəndidə ikinci bir parlament binası tikilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev deyib kİ, Xankəndidə ikinci parlament binasının tikilməsi məsələsi gündəmdə deyil:
Xankəndidə ikinci parlament binası TİKİLİR? - ARAŞDIRMA"Xankəndidə parlament binasının tikilməsi nə hökumətin gündəliyində var, nə də parlament var. O cümlədən bu mövzu cəmiyyətimizdə belə yoxdur. Ayrı-ayrılıqda Xankəndidə iclasların keçirilməsinə ciddi ehtiyac görmürəm. Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə iclas keçirirdik. Çünki dünyaya Qarabağın Azərbaycana aid olduğunu bir daha göstərmək istəyirdik. Amma artıq Azərbaycan öz suverenliyini bərpa edib. Bu baxımdan Xankəndi, Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə iclasların keçirilməsi yaxud yeni parlament binasının tikilməsi məsələsi gündəmdə olan məsələ deyil".

Deputat Aydın Mirzəzadənin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə keçmiş separatçı rejimin bütün simvolları silinməlidir:
Xankəndidə ikinci parlament binası TİKİLİR? - ARAŞDIRMA"O cümlədən onların "parlament iclasları" üçün istifadə etdiyi binanın sökülməsini düzgün hesab edirəm. Onun yerində daha möhtəşəm yaşayış yaxud digər təyinatlı binalar tikiləcək. Xankəndi digər şəhərlər kimi daha gözəl olacaq. Bu gün Xankəndinin mərkəzində bir neçə kvartal çıxmaq şərtilə, qalan ərazilərdə 1988-ci ildən bəri hər hansı bir tikinti-quruculuq işləri aparılmayıb. Xankəndi Azərbaycanın qədim və görkəmli yerlərindən biridir. İşğaldan azad edilməklə Xankəndinin görkəmi və məzmunuda kökündən dəyişəcək. Parlamentin ölkənin müxtəlif bölgələrində iclasların keçirilməsi ilə bağlı vaxtaşırı təkliflər sürülür. Komitə iclasları keçirilib. Xankəndidə hansısa komitələrin və parlamentin ümumi iclasları keçirilə bilər. Hesab edirəm ki, bunun üçün ən gözəl məkan Xankəndidə açılacaq Qarabağ Universitetinin binasında ola bilər".

Deputat Müşfiq Cəfərov bildirib ki, Qarabağda görülən bütün quruculuq işləri tarixini qoruyaraq həyata keçirilir:

Xankəndidə ikinci parlament binası TİKİLİR? - ARAŞDIRMA"Məlum olduğu kimi seperatçıların qanunsuz parlament binası kimi istifadə etdiyi tikili sökülür. Ümumiyyətlə, Qarabağda görülən bütün quruculuq işləri tarixini qoruyaraq həyata keçirilir. Xankəndi şəhərində də aparılacaq olan təmir bərpa işləri zamanı da çox güman ki tarixiliyin qorunması priotet olacaqdır. Düşünürəm ki, gələcəkdə Qarabağda bir çox rəsmi qurum və vacib dövlət orqanlarının da köçürülməsi nəzərdədir. Lakin hələ ki, hansı nazirlik olacağı bəlli deyil. Təbii ki, paytaxtın yükünün azalması baxımdan Qarabağ gələcəkdə çox mühüm rol oynayacaqdır. Lakin parlamentin Xankəndiyə köçürülməsi hələ ki real görünmür. Çünki dövlətimizin paytaxtı Bakıdır, parlament binası da orada yerləşir".

Qeyd edək ki, Xankəndidə həmin tikili erməni separatçıları tərəfindən "parlament" binası kimi istifadə edilirdi. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Milli Məclisin komitə iclasları keçirilib. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni əsilli sakinlər Xankəndi və digər əraziləri tək etdikdən sonra, Azərbaycanın bir sıra qurumları ərazidə öz fəaliyyətlərinə başlayıblar.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1359   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr