"Əllərimi və dodağımı özüm yandırmışam" deyib ərini bağışladı
Ötən ilin iyun-iyul aylarında Bakının Qaradağ rayonu Puta qəsəbəsində həyat yoldaşı Nigar Səmədovaya (ad-soyadlar şərtidir) işgəncələr vermiş 1983-cü il təvəllüdlü Elvin Səmədova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə Elvin Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, Elvin həyat yoldaşına qısqanclıq zəminində işgəncələr verib. Əvvəllər də ailəli olmuş və boşandıqdan sonra birinci həyat yoldaşına aliment ödəyən şəxs Nigar Səmədovanı mütəmadi olaraq döyərək sürüyüb, başını divara çırpıb. Son olaraq isə dağ edilmiş bıçaqla arvadının əllərinin içini və dodaqlarını yandıraraq ona xəsarətlər yetirib. Bundan sonra Nigar polisə müraciət edib.
İstintaq müddətində Nigar Səmədova ərindən şikayətçi olmadığını deyib. O, bədənindəki xəsarətlərin özü tərəfindən yetirildiyini iddia edib: "Həyəcanlı və emosional vəziyyətdə olduğum üçün Elvindən şikayətçi olmuşam. O, xalamın ögey nəvəsi ilə danışdığımı bilmişdi, amma aramızda heç nə olmayıb. Ona günahsız olduğumu sübut etmək məqsədilə özüm əllərimi və dodağımı yandırmışam. Ailədə Elvindən başqa pul qazanan yoxdur, həm də birinci ailəsindən olan uşağa aliment ödəyir. O həbs edilsə, çox çətin duruma düşəcəyik".
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Elvin Səmədova 2 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və barəsindəki ev dustaqlığı qərarı da ləğv edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1169 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabr