Hərbçi qadının dəhşətli qətli: iki sevgilisindən biri ilə 25 gün... – Şok təfərrüat

Hərbçi qadının dəhşətli qətli: iki sevgilisindən biri ilə 25 gün... – Şok təfərrüatGoranboy rayonunda 1994-cü il təvəllüdlü Sadiq qısqanclıq zəminində yaranan mübahisə zamanı 1993-cü il təvəllüdlü həyat yoldaşı Məlahəti (adlar şərti verilib – red.) öldürüb.

Sadiq 2022-ci il oktyabrın ortalarından etibarən arvadı Məlahətlə münasibətləri pisləşib. Tez-tez aralarında ailə-məişət zəminində mübahisələr yaranıb. Sonuncu dəfə Məlahət artıq boşanmaq qərarına gəldiyini bildirib.

Sadiq dərin sevgi hissi bəslədiyindən arvadından boşanmaq istəmədiyinə görə 30 oktyabr 2022-ci ildə, saat 18 radələrində Goranboy rayonu Yeni qəsəbə yaşayış massivində kirayə yaşadıqları mənzilin yataq otağında Məlahəti fikrindən daşındırmağa çalışsa da, qadının boşanmaq fikrində qəti olduğunu görüb.

Sadiq bu vəziyyətlə barışmadığından, arvadının onu istəməyib ayrılmasını qəbul edə bilmədiyindən, habelə arvadının başqası ilə sevgi münasibətlərinin olması, ona xəyanət etməsi ilə bağlı bir müddət əvvəl yaranmış şübhələrinin doğru ola biləcəyini, məhz buna görə arvadının onun təkidli xahişlərinə məhəl qoymayaraq ayrılmaq fikrindən daşınmadığını zənn edib. O, qısqanclıq zəminində qisas məqsədilə Məlahəti öldürmək qərarına gəlib.

Sadiq mətbəxə gedərək oradan bıçaq götürüb və yenidən yataq otağına qayıdıb. Məlahətdən bir daha ayrılmamasını bildirib.

Lakin qadın təklifə rədd cavabı verib. O, sağ əlində tutduğu bıçaqla əvvəlcə həyat yoldaşının qarın və döş qəfəsi nahiyələrinə, daha sonra qaçaraq yaxa qurtarmaq istəyən Məlahəti dəhlizdə hamam otağının qarşısında yaxalayıb, kürək nahiyəsinə ardıcıl çoxsaylı zərbələr vurub. Qadın aldığı 24 bıçaq xəsarəti nəticəsində vəfat edib.

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Hərbi hissədə nömrəsini aldım"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2022-ci ilin fevralından "N" saylı hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsində, baş leytenant rütbəsində hərbi xidmətdə olarkən hərbi hissənin kadrlar bölməsində karguzar-operator kimi işləyən Məlahətlə tanış olub:

"Həmin ilin sentyabrına qədər Məlahətlə münasibətlərimiz xidməti olub. Sentyabr ayından isə ona qarşı sevgi hisslərim yarandı. Daha yaxın münasibət qurmaq üçün sentyabrın 12-də Məlahətdən mobil telefon nömrəsini mənə verməsini istədim. Bunun səbəbi ilə maraqlandığı zaman bir mövzuda söhbət edəcəyimi bildirdim.

Məlahət mobil telefon nömrəsini mənə verdi. Nömrəni aldıqdan sonra mütəmadi olaraq telefonla sevgi məzmununda danışdıq və mesajlaşdıq".

"Azyaşlı uşaq cavab verdi"

Sadiqin sözlərinə görə, 4 oktyabr 2022-ci ildə Məlahəti kirayə yaşadığı evə, Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün іnşa edilmiş yaşayış massivinin 2 nömrəli binasındakı mənzilinə gətirib və həmin tarixdən etibarən birlikdə yaşamağa başlayıblar:

"Oktyabrın 5-də Məlahəti yığdığım zaman telefonu azyaşlı uşaq açdı. Uşağın kim olmasını bilmədim. Məlahətin anası Bahara zəng etdim.

Bahar məni aldadaraq Məlahətin gözəllik sonunda olduğunu, evə gələndə zəng etdiyimi Məlahətə bildirəcəyini dedi. Ancaq deyilənə inandım, başqa söz demədən əlaqəni kəsdim".

"Onu qaçırdıqlarını dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 9-da Məlahətlə rəsmi nikah bağlayıblar: "Bir müddət keçdikdən sonra yenə Məlahətə zəng etdim. Telefona cavab vermədiyindən anası Bahara zəng vurdum.

Məlahətin harada olğunu soruşdum, mənə yalan danışmadan cavab verməsini istədim. Bu sözümdən sonra Bahar Məlahətin qaçırıldığını, onu qaçıran oğlanın atası ilə danışdığını, qızını qaytarıb gətirəcəklərini söylədi.

Bir qədər keçdikdən sonra Məlahətə zəng etdim. Bu dəfə Məlahət özü zəngə cavab verdi və ağlaya-ağlaya onu qaçırdıqlarını dedi".

"Səbr edərək dözmüşəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, Məlahətin anasının evinə gedib, Məlahətlə birldikdə kirayə yaşadığı evlərinə qayıdıblar: "Özüm xidmət vaxtı qərargah bölməsinin zabiti olmuşam. Aylıq vəzifə maaşım 1700 manat olub. 900 manat telefona kredit borcum olub. Atam-anam da mənə pul göndərərək maddi cəhətdən köməklik göstəriblər. Məlahətin anası gəlib evdəki bu vəziyyəti görüb.

Səbəbsiz yerə heç kim heç kimi öldürmür. Qeyd etmək istəyirəm ki, Məlahətin xalası Səbinəyə Gəncə şəhərində "Səbiş xala" deyirlər. Səbinə ilə Məlahət "Dədəmin apteki"nin yanında hərbi hissənin maliyyəçisi, baş leytenant Rasimlə görüşüblər.

Mən dəfələrlə Məlahətin başqa şəxslərlə telefon yazışmalarını tutmuşam, o isə anası ilə danışdığını deyib. Anasına zəng etmək istədikdə icazə verməyib. Deyib ki, anam şəkər xəstəsidir, şəkəri qalxar.

Məlahətin 10-15 dəqiqə kiminləsə telefonda danışdığını gördükdə, ondan bu qədər danışmağının səbəbini soruşmuşam. O da anası ilə danışdığını bildirib. Telefon danışıqlarını yoxladığım zaman onun anası ilə 30-40 saniyə əlaqə saxladığını müəyyən etmişəm. Məlum olub ki, telefonda təkcə anası ilə danışdığını deməsi yalandır. Bütün bu olanlara səbr edərək dözmüşəm. Evlilik dövründə Məlahət mənə Sərxan adlı şəxsin onu sevdiyini də deyib".

"Söhbət edəcəyini dedi"

Sadiqin sözlərinə görə, oktyabrın 27-də Məlahət Bakı şəhərində yaşayan bacısının yeni doğulmuş uşağının şənlik mərasiminə gedəcəyini bildirib:

"Məlahətə mənimlə birlikdə getməyi təklif etdim. Buna razı olmadı və anasıgillə getməyi planlaşdırdığını dedi. Həmin gün Məlahəti Gəncə şəhərinə apararaq geri qayıtdım. Oktyabrın 28-dən 30-dək Məlahətlə telefon danışıqlarımız və mesajlaşmalarımız zamanı ailəni maddi cəhətdən yaxşı təmin etməməyimi bəhanə edərək ayrılmaq arzusunda olduğunu, birlikdə yaşamaq istəmədiyini dedi. Mən isə hər şeyin qaydasına düşəcəyini söylədim, səbr etməyi məsləhət bildim, onu ayrılmaq fikrindən daşındırmağa çalışdım. Məlahət ayırlmaq istəyində qəti olduğunu söylədi.

Bu halda Məlahətə nikahı pozmalı olduğumuzu dedim. Cavab verdi ki, nikah onun üçün az əhəmiyyətlidir, Bakıdan qayıtdıqdan sonra yanıma son dəfə söhbət edəcəyik".

"Tələsdiyini bildirdi"

Sadiq deyib ki, oktyabrın 30-da saat 18 radələrində Məlahət taksi ilə yaşadıqları binaya gəlib:

"Mənzildən baxanda maşının içərisində tanımadığım oğlan olduğunu gördüm. Məlahətin özünə yeni sevgili tapdığını, bu səbəbdən məndən soyuyaraq ayrılmaq qərarına gəldiyini, mənə xəyanət etdiyini düşündüm.

Məlahət maşından düşərək mənzilə gəldikdə yataq otağında ondan ayrılmaq istəyinin səbəbini soruşdum. O, tələsdiyini, tez getməli olduğunu, sonra bu haqda ətraflı söhbət edəcəyini bildirdi. Ona nikahı pozdurmağı, bundan sonra getməsini bir daha təklif etdim. Yenə də nikahın onun üçün əhəmiyyətli olmadığı bildirdi. Lakin nikah şəhadətnaməsini çantasına qoydu".

"Bir də ayıldım ki, Məlahəti öldürmüşəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, Məlahətin bu hərəkətindən sonra rəsmi ər-arvad münasibətində ola-ola başqaları ilə münasibət quracağı təqdirdə rüsvay olacağını, həyat yoldaşını çox sevdiyi üçün ondan ayrılaraq başqa şəxslə münasibət qurmasını qəbul edə bilmədiyini, Məlahətin ona xəyanət etdiyini fikirləşərək qısqanclığı yaranıb: "Bütün bunlara görə qisas məqsədilə Məlahəti öldürmək qərarına gəldim.

Məlahətin başqa şəxslərlə telefon danışlarını tutmuşam, ona görə də bunu özümə sığışdırmamışam. Mən Məlahətə sahib çıxmışam. Lakin o mənə xəyanət edib.

Məlahətin üzərinə gedərək onu başqa şəxslərlə danışması ilə bağlı sorğu-sual etdim. O isə məndən ayrılmaq istədiyini dedi. Məlahəti öldürmək fikrini qətiləşdirdikdən sonra yataq otağından mətbəxə keçdim. Mətbəx baçağını belimə taxaraq gizlətdim, yataq otağına qayıtdım.

Bir daha Məlahətə ayrılmamağı təklif etdim. Sözlərimlə razılaşmayanda bərk əsəbləşdim. Belimdəki bıçağı çıxararaq Məlahətin qarın və döş qəfəsi nahiyələrinə çoxsaylı zərbələr vurdum. Özümdə olmadığımdan bundan sonra olanlar yadımda deyil.
Bir də onda ayıldım ki, artıq Məlahəti öldürmüşəm. Mənzildən çıxaraq qapını bağladım və könüllü Goranboy Rayon Polis Şöbəsinə gələrək törətdiyim cinayət haqqında məlumat verdim".

"Müharibədə iştirak etmişəm, əsəbi olmuşam"

Təqsirləndirilən şəxs deyib ki, hazırda əməlindən peşmandır: "Mənim atam, anam, ailəli bir bacım var. Evin tək oğul övladıyam. Atam baytar həkim, anam ibtidai sinif müəlliməsidir. 2020-ci ildə Zəfərlə başa çatan Vətən müharibəsində iştirak etmişəm. Tərtər rayonu ərazisində gedən döyüş əməliyyatlarında bölük komandiri kimi iştirak etmişəm. Sağ çiyin və sağ ayaq nahiyyəmdən qəlpə yarası almışam. Lakin hospitalda yatmaqdan imtina etmişəm, qaçaraq döyüş əməliyyatlarında yenidən iştirak etmişəm.

"Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşam. Döyüş əməliyyatlarından sonra daha əsəbi olmuşam. Lakin ordu sıralarından tərxis olunmaq istəmədiyimdən hospitalda əsəbi olduğuma görə deyil, aldığım yaralara görə müalicə olunmuşam".

"Ayrılmaq fikrini qətiləşdirdiyini bildirdi"

İş üzrə zərərçəkmiş Məlahətin anası Baharın sözlərinə görə, məhrum qızı Məlahət 2015-ci ildən müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətə başlayıb, qadın hərbi qulluqçu kimi müxtəlif hərbi hissələrdə xidmət edib:

"Qızım Məlahət 2022-ci ildə onunla eyni hərbi hissədə xidmət edən baş leytenant Sadiqlə ailə həyatı qurdu, kirayədə yaşamağa başladılar.

Evləndikdən bir müddət sonra qızımla mobil telefon danışığımız zamanı Sadiqdən ayrılmaq fikrində olduğunu bildirdi. Səbəbi soruşduqda Sadiqin evi maddi cəhətdən təmin edə bilmədiyini, bank krediti və çoxlu şəxsi pul borcunun olduğunu, evi özünün dolandırdığını, bəzən Sadiqin ondan pul aldığını, spirtli içki qəbul etdiyini dedi. Həmçinin aralarında sözlü mübahisələr baş verdiyini də bildirdi. Qızıma səbrli olmağı, bəlkə vəziyyətin düzələcəyini desəm də, o, Sadiqdən ayrılmaq fikrində qəti olduğunu bildirdi".

"Zəngimi cavablandıran olmadı"

Baharın sözlərinə görə, sonuncu dəfə qızı Məlahətin maaş aldıqları zaman pul bölgüsünə görə Sadiqlə münasibətləri daha da pisləşib: "Sadiqin kreditinin ödənilməsinə qızım kömək edirdi. Buna görə də aralarında mübahisə yaranıb.

Oktyabrın 28-də Məlahət digər qızım Nigarın yeni doğulmuş uşağının şənlik məclisində iştirak etmək üçün Bakı şəhərinə getdi. Ertəsi gün mən də Bakı şəhərinə yollandım. Bakıda Məlahət bildirdi ki, Sadiqdən ayrılmaq istəyini onun özünə deyib, Sadiq isə Bakıdan qayıtdıqdan sonra söhbət edərək yekun qərara gəlməyi təklif edib. Qızıma səbirli olmağı, evliliklərinin 1 ay çəkmədiyini dedim.

Oktyabrın 29-da Gəncə şəhərinə geri qayıtdım. Oktyabrın 30-da Məlahət Bakı şəhərindən Gəncəyə qayıtdı, daha sonra hərbi formasını götürmək və Sadiqdən ayrılmaq məsələsi haqqında danışması üçün taksi sifariş edərək kirayədə qaldıqarı mənzilə getdi.

Qızım getdikdən bir müddət sonra onun telefonuna dəfələrlə zəng etsəm də, zənglərimə cavab verilmədi. Sadiqin mobil telefonundan da zəngimi cavablandıran olmadı".

"Boğazının kəsildiyini gördüm"

Bahar qeyd edib ki, həmin günü saat 21.40-da Goranboy rayon polis şöbəsindən onun mobil telefonuna zəng edilib: "Qızım Məlahətin Sadiq tərəfindən bıçaqlanaraq öldürüldüyü, Sadiqin polis şöbəsinə gələrək təslim olduğu barədə məlumat verildi. Goranboy rayon xəstəxanasının morquna getdim. Qızımın meyitinə baxdığım zaman meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olduğunu, boğaz nahiyəsinin kəsildiyini gördüm.

Məlahətin 25 günlük evlilik müddətində onun bədənində və ya üzündə hər hansı xəsarət izi görməmişəm. Hadisədən sonra Sadiqin özü və ya valideynləri bir dəfə də mənə zəng etməyib, halımı soruşmayıblar. Təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş edirəm".

"Heç vaxt xəyanət etməyib"

Qətlə yetirilən Məlahətin xalası Səbinənin sözlərinə görə, 2022-ci ilin oktyabrında bacısı qızı Məlahətin eyni hərbi hissədə zabit kimi xidmət edən Sadiqlə ailə həyatı qurduğunu öyrənib:

"Məlahətlə görüşərək söhbət zamanı mənə Sadiqlə evlənməkdən peşman olduğunu, ayrılmaq fikrinə düşdüyünü bildirdi. Boşanma səbəbini Sadiqin evi maddi cəhətdən təmin edə bilməməsi, çoxlu pul borcunun və bank kreditinin olması, evi özünün dolandırması, Sadiqin spirtli içkiyə aludə olması ilə əlaqələndirdi.

Daha sonra Məlahətlə birlikdə onun bacısı Nigarın yeni doğulmuş uşağının qonaqlığına getdik, sonra birlikdə geri qayıtdıq.

Yol səfərində və qonaqlıqda Məlahət Sadiqdən ayrılmaq fikrinin qəti olduğunu, lakin Sadiqin buna razı olmadığını, əgər ayrılacağı təqdirdə Sadiqin onu və ya özünü öldürəcəyi barədə xəbərdarlıq etdiyini söylədi.

Gəncə şəhərinə geri qayıtdığımız zaman Məlahət hərbi formasını götürmək və söhbət etmək üçün Sadiqin yanına gedəcəyini dedi. Mən birlikdə getməyi təklif etsəm də, buna razı olmadı. Gəncə şəhərinə çatdıqda Məlahətdən ayrılaraq evimə getdim. Sonrakı gün bacım zəng edərək Məlahəti Sadiqin öldürdüyünü dedi.

Məlahətin Sadiqdən başqa kənar şəxslərlə münasibəti, kimlərləsə səmimi münasibət saxlaması, danışması, qısqanclığa zəmin yarada biləcək digər davranışı olmayıb. Məlahət heç vaxt Sadiqə xəyanət etməyib. Sadiq əsassız yerə şübhələnərək Məlahəti öldürüb. Oktyabrın 27-də Məlahət mənim yanımda kiminləsə görüşməyib, belə bir hadisə olmayıb".

"Ailəmlə tanış etdim"

Məhkəmə Məlahətin Sadiqdən başqa sevgilisinin olduğunu müəyyən edib. Həmin şəxs məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərib ki, Məlahətlə 2020-ci ilin yay aylarında Gəncə şəhərində tanış olub, tanışlıq zamanı bir-birlərinin mobil telefon nömrələrini alaraq sonralar danışıb və mesajlaşıblar:

"Bir müddət telefon danışıqlarımız və mesajlaşdıqdan sonra aramızda səmimi və sevgi münasibətləri yarandı. Ayda 1-2 dəfə görüşürdük. 2021-ci ilin dekabrında Məlahətə ailə qurmağı təklif etdim. Lakin həmin ərəfələrdə bank krediti olduğunu bildirərək krediti qurtardıqdan sonra mənimlə evlənə biləcəyini bildirdi.

2022-ci ilin yay ayında yenidən Məlahətə evlənməyimizi təklif etdim. O isə analarımızın öz aralarında bir-birləri ilə mobil telefonla danışaraq tanış olmalarını, onların razılığından sonra evlənməyimizin mümkün olduğunu bildirdi.

2022-ci ildə Məlahətlə telefonda danışaraq onu ailəmlə tanışdırmaq istədiyimi dedim. Razı olduqda onu öz avtomaşınımla evimizə apararaq ailəmlə tanış etdim. Sonra yenidən öz maşınımla evlərinə apardım.

Yolda söhbət zamanı Məlahət mənə evliliyimizin alınmayacağını bildirdi. Mən isə Məlahətin bir müddət sonra fikrini dəyişəcəyini düşünərək məsələni çox da dərinləşdirmədim.

Məlahətlə danışdığımız zaman onun Sadiqlə münasibətini bilməmişəm. Növbəti gün Məlahətin mobil telefonuna dəfələrlə zəng etsəm də, zəng çatmadığına görə anası Bahara zəng vurdum. Bahar Məlahətin sevdiyi şəxslə könüllü ailə qurmaq üçün getdiyini dedi.

Məlahət ailə həyatı qurduqdan sonra onunla heç bir əlaqəm olmayıb. Sonradan internet resurslarından Məlahətin əri Sadiq adlı şəxs tərəfindən bıçaqlanaraq öldürülməsini öyrəndim".

Bu cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sadiq 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 il müddətini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1178   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri (SİYAHI)

Paytaxtın populyar restoranlarında iftar menyularının qiymətləri açıqlanıb. Sabah Azərbaycanda Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasına ünvanladığı sorğusuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək. Ramazan ayını

18 fevral
.

Zelenski Lukaşenkoya sanksiya tətbiq etdi

Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq olunub. xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib. Prezident paylaşımında Ukraynanın Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketi tətbiq etdiyini qeyd edib:. "Aleksand

18 fevral
.

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: "Onu sevirəm..."

Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən tanınmış klinikaların birində xanım həkimin qapısını zorla açan şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1986-cı ildə Bakı şəhərində anadan olmuş V.M. barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 535.1 və 510-cu maddələri protokol tərti

18 fevral
.

O məktəbin bufetini bağladılar - Fotolar

Göygöldə kütləvi zəhərlənmə baş verən məktəb bufetinin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. Bildirilib ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi əməkdaşları tərəfindən rayonu

18 fevral
.

Rusiyada daha bir nazir SAXLANILDI

Rusiyada daha bir nazir saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova saxlanılıb. Qeyd edək ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda xanım nazirin fevralın 18-də saxlanıldığı vurğulanıb

18 fevral
.

ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etdi (RƏSMİ)

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməs

18 fevral
.

Azərbaycanda şəxsi yazışmalar və "WhatsApp" izlənməsi ilə bağlı QƏRAR

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib. xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Plenum qərarında qeyd edilir ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqra

18 fevral
.

İnşaat Kollecinə yeni direktor təyin olundu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə yeni direktor təyin olunub. xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, agentliyin müvafiq əmri ilə Şəhla Abbasova bu vəzifəyə təyin olunub və kollektivə təqdim edilib. Şəhla Abbasov

18 fevral
.

Uşaqlara sosial şəbəkələrdən istifadə ilə bağlı 30 dəqiqə limiti qoyulmalıdır- Mütəxəssisdən XƏBƏRDARLIQ

Sosial şəbəkələrdən istifadə ilə bağlı mütəxəssislər xəbərdarlıq edib. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, sosial şəbəkələrdən istifadə böyüklər üçün gündə 40 dəqiqədən, uşaqlar üçün isə 30 dəqiqədən çox olmamalıdır. Rusiya Elmlər Akademiyasının N.P.Bextereva adına İnsa

18 fevral