Şeyx Əbdül: "Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır" - AÇIQLAMA + FOTO

Şeyx Əbdül: "Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır" - AÇIQLAMA + FOTOAzərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı sabah baş tutacaq.

Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) qeyd edib ki, kino ittifaqlarının birləşməsi üçün illərdir, mübarizə aparır:

Şeyx Əbdül: "Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır" - AÇIQLAMA + FOTO"Konfrans keçirilməsi mənim ideyam, təşəbbüsüm idi. Kino ittifaqlarının birləşməsi üçün illərdir ki, mübarizə aparıram. Hər iki ittifaqın sədri şəxsi maraqlarını güdür. Mənim haqqımda da nə gəldi danışırlar. Kino əsl kinematoqrafçıların mənəvi valideynidir. Cəmiyyəti və xalqı bütün dünyaya tanıdan kinodur. Çörək verənə xəyanət etmək olmaz. Kreslo insanları dəyişir. Sədrlərin heç biri bu günə qədər hansısa təşəbbüs göstərməyib.

Uzun illər mübarizə aparmışam. Məndən başqa, kinoya təmənnasız xidmət edən adam qalmayıb. 80 yaşım var. 60 ildir kinodayam".

Ə.Mahmudov kino sahəsinin durumundan gileylənib:

"Sabah hər iki sədrə təşəkkürümü bildirəcəyəm ki, "şükür, haqqa, ədalətə gələ bildiniz". Otuz ildir ki, kinomuz pis vəziyyətə salınıb, parçalanıb. Kino cameəsini parçalamaq olmaz. Bir kinonun adına iki ittifaq yaradılıb. Söz tapmaq olmur. Sabah konfransda çıxış edəcəyəm. Hegemonluq olmasın deyə ittifaqın nəzdində tam müstəqil şəkildə ya ağsaqqallar şurası, ya da məsləhət şurasının yaradılmasını təklif edəcəyəm. Bunlar sırf kino adamlarından ibarət olmalıdır.

Dövlət maliyyə vəsaiti ayırır. Lakin şəxsi maraqlarından əl çəkməyənlərə görə kino geridə qalıb. Şəfiqə xanım (Məmmədova, ARKİ sədri - red.) ittifaqı xaraba qoyub. Pulları geri qaytarmalıdır. Bizdən əl çəksin. 80 yaşlı adamdan sədr olmaz".

"Mən sədrliyə elə bir adamı təklif edəcəyəm ki, hər kəs təəccüblənəcək. Namizədin adını sabah açıqlayacağam", - deyə Ə.Mahmudov əlavə edib.

Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1424   Tarix: 04 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr