Oyuncaq "şpionluğu": Onlar uşaqlara hansı təhlükələri yaradır?
Texnika və texnologiyanın inkişaf etdiyi bir dövrdə zamanla ayaqlaşmalı oluruq. Məişət qayğılarından tutmuş, uşaqların qayğısına qədər elektron vasitələrdən istifadə edirik. Lakin internet üzərində həyata keçirdiyimiz əməliyyatlar zamanı kiberhücumlardan heç də sığortalı deyilik. Çünki şəxsi məlumatlarımız oğurlana, bizlərə qarşı istifadə oluna bilər.
Hər birimiz uzaqdan idarə olunan oyuncaqlar ilə rastlaşmışıq. Həm işimizi, həm də uşaqlara nəzarəti asanlaşdırmaq üçün müraciət etdiyimiz bu tip robotlar təhlükə mənbəyi imiş. Belə ki, Android əməliyyat sisteminə əsaslanan interaktiv cihazda uşaqların təhlükəsizliyi ilə bağlı boşluqlar aşkarlanıb. Burada valideynlər ilə əlaqə qurmaq üçün bütün şəxsi məlumatlar tələb olunur. Hakerlər bu şəxsi məlumatları ələ keçirərək uşaqlar ilə əlaqə qura bilirlər. Bəs valideynlər bu təhlükədən xəbərdardır?
Sonxeber.az xəbər verir ki, İT ekspert Fərhad Mirəliyev "Apa TV"yə açıqlama verib. O, bildirib ki, insanlar uyğunluq sertifikatı olmadan avadanlıq almamalıdır:
"Ucuz və keyfiyyətsiz Çin malları ilə müqayisədə nəhəng istehsalçılar öz satdıqları avadanlıqlara müəyyən müddət ərzində dəstək verirlər. Bu dəstək həmin avadanlıqların yenilənməsi ilə bağlı olur. Proqram təminatında müəyyən müddət ötdükdən sonra aşkarlanan boşluqlar həmin istehsalçı tərəfindən yenilənmələr göndərilməklə sıfırlanmış olur. Bu proses 3-5 il ərzində mütəmadi davam edir. İstehsalçı avadanlığı dəstəyi dayandırdıqdan sonra tövsiyə olunur ki, istehlakçılar daha üst modelə müraciət etsinlər".
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 893 Tarix: 05 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabr