Əsgər Ruslan Pənahov postu tərk etdiyinə görə, komandir heyəti CƏZALANDIRILA BİLƏR! - AÇIQLAMA
Xəbər verdyimiz kimi, Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib. Bu barədə Ermənistan mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb. Qərarın "ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq" qəbul edildiyi bildirilib. Lakin erməni mətbuatının ortaya atdığı bir sıra iddialar. Ermənistan mətbuatı əsgərlər arasında mübahisə yarandığını və Ruslanın postu bu səbəbdən tərk etdərək azdığı bildirilir. Belə olan təqdirdə yolunu itirərək Ermənistan sərhədinə keçən əsgər Ruslan Pənahov cəzalandırılacaq?
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, Əsgər Ruslan Pənahovun geri qaytarılmasında Ermənistan tərəfinin ortaya atdığı iddia yaxud bəzi məsələlər onsuzda araşdırılacaq:
"Əsgərin hansı səbəbdən postu tərk etməsi və bunun ardında qalan məqamlar aydınlaşdırılacaq. Əsgər ona kobud rəftarın edildiyini yaxud təzyiqlərə məruz qaldığını bildirərək postu tərk etdiyini deyə bilər. O zaman buna səbəb olan həmin şəxslərdə cəzalandırılacaq. Əgər kiminsə səhlənkarlığı yaxud əsgəri təkbaşına mövqeyə göndərmək ucbatından bu hadisə baş veribsə, yenə də məsul şəxslər cəzalandırılacaq. Amma bu məsələdə, əgər əsgər həqiqətən bilərəkdən həmin istiqamətə keçibsə, bunun arxasında fərqli səbəblər yatmayıbsa indiki məqamda əsgərin cəza almasından daha çox komandir heyətinin cəzalandırılacaq".
Ekspertin sözlərinə görə, əsgərə qarşı hansısa bir kobudluq göstərilir yaxud azaraq keçirsə ortada nəzarətsizlik halı var:
"Hesab edirəm ki, komandir heyəti cəzalandırılacaq. Əsgər Azərbaycana qaytarılandan sonra mütləq şəkildə araşdırma aparılacaq. Əsgərin hazırda hərbi xidməti davam edir. Prokurorluq ilə birlikdə burada xüsusi xidmət orqanlarıda bu məsələdə araşdırma aparacaq. Araşdırmanın nəticəsinə görə, cəza yaxud cəzalar veriləcək. İndiki məqamda Ermənistan tərəfi informasiyanı yaymaqla "top"u sanki Azərbaycanın qapısına ötürür. Onlar Azərbaycan Ordusunda nizam-intizamlıqda ittiham etmək istəyir. Azərbaycan tərəfinində düşündüyü versiyalar var. Ehtimal ki, əsgər qaytarılmamışdan əvvəl Azərbaycan bu istiqamətdə hansısa addımlar atıb və araşdırmalar aparılıb. Mən düşünmürəm ki, cəza olacaqsa təkcə əsgər cəzalandırılacaq. Bu məsələ ilə bağlı bir çox şəxs məsuliyyət daşıyır".
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb və Ermənistan tərəfə keçib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon