Tez-tez baş verən ağır yol qəzalarının əsas səbəbi nədir? - AÇIQLAMA
Azərbaycanda yol qəzalarının sayıartır. Qəzalarda onlarla insan həyatını itirir. Qəzaların sayının artmasına hansı amillər təsir edir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sonxeber.az-a açıqlama verib.
Ekspert qəzaların azalması üçün hansı tədbirlər görülə biləcəyinə aydınlıq gətirib:
"Qəzalar dünyanın istənilən yerində var . Əsas məsələ odur ki, qəzanın yaranmasının səbəbi nədir. İnsan səhv edə bilər, amma buna görə insan təlafatı ilə nəticələnməməlidir.
Yəni infrakstruk elə qurtulmalıdır ki, qəza riski az olsun. Qəzanın fəsadı olaraq insan həyatını itirməsin. Şəhər daxilində qurulmuş küçələrdə sürəti azaldan həllərin çoxaldılmasına ehtiyac var. Bildiyiniz kimin şəhərdə daha çox insan yaşayır və hərəkətdə olur. Buna görə də qəzalar qaçınılmaz olur.
İki zolaqdan artıq küçələrimizdə piyada adacıqlarınınqurulması, Məhələ girişləri səki səviyyəsinə qaldırılması, svetofor idarəsi, keçidlərin təşkili, məhəllə girişlərinin yüksək səviyyə qaldırılması, zolaqların ensizləşdirilməsi bu təhlükəsizlik yaradan elementlərdir. Bunların qurulmasına ehtiyac var Statistika göstərir ki, qəzaların əsas səbəblərində biri avtomobillərin sürətli sürməsi ilə əlaqəlidir. Şəhərin daxilində fiziki olaraq avtomobili sürətli sürə bilməmək üçün, küçəni sakitləşdirən elementlər çoxalmalıdır. Bu bütün dünya şəhərlərində tətbiq edilir. Bu məsələnin əsas həlli budur",
Ekspert dünyanın bir çox ölkələrində "Vision zero" (yollarda ölüm hallarına sıfır dözümlülük siyasəti) konsepsiyası tətbiq olunduğunu bildirib:
"Qəzaları tam şəkildə aradan qaldırılması əlbəttə mümkün deyil . Qəzaların faizini azaltmaq və nəticəsinə təsir edəcək qərarlar verilməlidir. Qəzanın səbəblərini müxtəlif olduğu kimi, magistral və şəhər daxili küçələrdə baş verən qəzaların həlli də müxtəlifdir. Məsələn Ukraynada həm sürətə, həm də yay və qış təkərlərinə görə cərimələr artıırılıb. Amma bizdə bu cür cəzalar sadəcə sürətə görədir. Əsas məsələ odur ki, şəhər daxilində təhlükəsizliyi qabardan amillər artırılmalıdır. Bu da vətəndaşlarımız daha təhlükəsiz mühitdə hərəkət etməsinə gətirib çıxaracaq.
Dünyanın bir çox ölkələrində "Vision zero" (yollarda ölüm hallarına sıfır dözümlülük siyasəti) konsepsiyası tətbiq olunur. Yaxşı olardı ki, Azərbaycan da bu növ aparıvı təhlükəsizliyi qabardan yanaşmalardan yol şəbəkələrinə tətbiq etdilsin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon