İlkin Süleymanov "Nərmin işi" üzrə məhkəmədə ifadə verib - FOTO
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı birinci instansiya məhkəməsinin hökmündən verilən apellyasiya şikayətləri üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov hadisə günü ilə bağlı ifadə verib.
Daha sonra İ.Süleymanov dövlət ittihamçısı və vəkillərin suallarını cavablandırıb.
Növbəti məhkəmə iclası martın 27-nə təyin edilib.
Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmün ləğv edilməsi və bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayəti verilib. Bununla bağlı avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsində proses başlayıb, iş apellyasiya baxışına təyin edilib.
Baxış iclasında zərərçəkən tərəfin - Nərminin atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verdiyi məlum olub. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılması zərurəti yaranıb. Bu səbəbdən proses təxirə salınıb və iş yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1103 Tarix: 05 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021