Məşhurların ölüm anındakı SON SÖZLƏRİ

Məşhurların ölüm anındakı SON SÖZLƏRİElə bir insan tapmaq olmaz ki, o, həyatı boyu bircə dəfə də olsun ağlına bu sualı gətirməyib: "Görəsən öldüyüm zaman son sözlərim nə olacaq?" Lakin bu sualın cavabını bilmək yaşadığı müddətdə heç kəsə nəsib olmayıb. İnsan yalnız başqasının ölümqabağı dediklərinin şahidi ola bilər. Elə isə məşhur insanların ölüm anındakı son sözlərinə nəzər salmaq maraqlı olar.

Anatol Frans, Vaslav Nijinskiy, Cüzeppe Haribaldi və Bayron ölüm anında eyni sözləri deyiblər: "Ana!"

Kraliça Anna Mariya Antuanetta ölüm qabağı tamamilə soyuqqanlı olub. O, edam kürsüsünə qalxan zaman kənara çəkilərkən bilmədən cəlladın ayağının üstünə çıxmış və demişdir: "Üzr istəyirəm, müsyö, bu, təsadüfən baş verdi".

Knyaz Mixail Romanov edamdan əvvəl çəkmələrini cəlladlara verərək demişdir: "Uşaqlar, istifadə edərsiniz, nə də olsa, çar çəkmələridir!"

Bəstəkar Edvard Qriqin vida sözləri: "Əgər bu qaçılmazdırsa, nə etmək olar…"

Şotlandiyalı tarixçi Tomas Karleyl ölərkən sakit halda belə deyib: "Deməli, ölüm belə imiş"

Osmanlı sultanlarından Qanuni Sultan Süleyman vəfat etməyinə az vaxt qalmış insanların ibrət dərsi götürməli olduğu aşağıdakı etirafı edib: "Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, padşah olan Süleyman bu dünyadan əliboş gedir".

Rus yazıçısı Anton Çexov bu qeyri-adi cümlə ilə son nəfəsini verib: "Uzun zamandır şampan içməmişdim".

Onere de Balzak son nəfəsində nağıllarının birinin qəhrəmanı həkim Bianşonu xatırlayaraq deyib: "O, məni xilas edə bilərdi…"

Məşhur rəssam Leonardo Da Vinçi ölüm ayağında belə deyib: "Mən Allahı və insanları təhqir etmişəm! Mənim əsərlərim mənim istədiyim yüksəkliyə yetişmədi!"

Əksəriyyət insan vəfat edərkən uzaqdan ağ bir işığa doğru getdiyini söyləsə də, fransız yazıçısı Viktor Hüqo ömrünün son anlarında sanki bunun tərsini yaşayaraq deyib: "Qara bir işıq görürəm".

Prussiya kralı I Fridrix ölərkən keşiş onun yatağı başında dualar oxuyub, "Bu dünyaya necə gəlmişəm, eləcə də gedəcəyəm" sözlərini söyləyərkən Fridrix onun əlini itələyərək ucadan belə deyib: "Məni çılpaq dəfn etməyin, nə də ki, parad paltarında!"

Rus yazıçısı Nikolay Qoqol vəfat edərkən görünür sayıqladığından belə deyib: "Bir nərdivan, təcili bir nərdivan gətirin".

Amerika yazıçısı O.Henri bəlkə də öldüyünün fərqinə belə varmadan bildirib: "Yandırın işıqları. Evə qaranlıqda getmək istəmirəm".

Roma imperatoru Neron ölümqabağı qışqıraraq deyib: "Hansı dahi artist ölür!"

"Söylənmiş fikir yalandır" ifadəsinin müəllifi Feodor Tütçevin son sözləri belə olub: "Fikri çatdırmaq üçün söz tapmaq necə də ağrılıdır".

Henrix İbsen bir neçə il iflic vəziyyətində yatdıqdan sonra ölümünə az qalmış bu sözləri söyləyib: "Əksinə olsaydı, ölümlə üzləşərdim".

Rus yazıçısı Puşkin bu etirafı edib: "Həyat bitdi, nəfəsim kəsilir. Nəsə əzir məni".

Nadejda Mandelştam ölüm anında öz baxıcısına belə deyib: "Sən heç də qorxma".

Pablo Pikassonun sonuncu sözü "eks-bitlsçi" Pol Makkartnini o qədər cuşa gətirmişdi ki, o, ən məşhur mahnılarının birində bu sözləri sitat kimi gətirmişdi: "Mənim üçün, mənim sağlığım üçün için, axı mənim bir daha içə bilməyəcəyimi siz bilirsiniz!.."

22 avqust 1883-cü ildə Paris ətrafı Bujivalda vəfat edən İvan Sergeyeviç Turgenyevin son sözləri çox qəribə olmuşdur: "Mənim əzizlərim, əlvida, mənim ağımtıllarım…"

Filosof İmmanuel Kant ölümqabağı aşağıdakı ifadəni işlətmişdir: "Das ist gut" (mənası belədir: "Bu yaxşıdır").

Sağlığında "Zarafatlarımın hamısı həqiqəti söyləməkdir. Dünyada bundan daha gülməli zarafat olacağını düşünmürəm" deyən Britaniya yazıçısı və dramaturqu Bernard Şou bu yumoristik cavabla həyata vida edib: "Məni bir antik əşya kimi saxlamağa çalışırsınız, amma işim bitdi, öləcəyəm".

"Ölümün gücü çatmadığı yeganə şey sənət əsəridir" fikrinin müəllifi ingilis yazıçısı Oskar Uayld isə vəfat edərkən bu gülməli sözləri dilinə gətirib: "Ya divar kağızı gedir, ya da mən".

Lev Talstoyun son sözləri haqda müxtəlif fikirlər səsləndirilir. Bir versiyaya görə o, son olaraq "Həqiqəti sevirəm!" demiş, başqa bir versiyaya görə isə "Anlaya bilmirəm" söyləmişdir.

Dahi alman bəstəkarı Lüdviq van Bethovenin son sözlərinə gəlincə, o, deyib: "Komediya bitdi".

Türkiyə şairi, jurnalist, nasir, tərcüməçi və ictimai xadim Namiq Kamalın son sözləri fəlsəfi baxımdan daha düşündürücüdür: "Bir az istirahət edim".

Fransız yazıçısı Simon de Bovuarın ölərkən xəyalından keçənlər həqiqətən çox maraqlıdır. Çünki onun son sözləri belə olub: "Lənətə gəlsin, bu labirintdən necə çıxacağam".

Mövlanə Cəlaləddin Rumi özünə yaraşar bir kəlamla həyatdan köç edib: "Rəbbimiz məni öz hüzuruna çağırır, artıq getmək vaxtıdır. Ya Əzrayıl, tez ol, məni rəbbimə tez qovuşdur".

Albert Eynşteynin son sözləri məlum deyil, buna səbəb isə xidmətçinin alman dilini bilməməsi olmuşdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1676   Tarix: 08 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr