Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir. Artıq insanlar yalnız yeni texnologiyaların yaratdığı imkanları deyil, həm də onların peşələrini əvəz edə biləcəyi ehtimalını düşünürlər. Bəziləri illərlə çalışaraq qazandıqları təcrübənin süni intellekt qarşısında dəyərini itirəcəyindən, digərləri isə yaxın gələcəkdə işsiz qala biləcəyindən narahatdır. Bu vəziyyət bir sıra insanlarda davamlı stress, gələcəklə bağlı qeyri-müəyyənlik və peşəkar güvənsizlik hissi yaradır.
İnsanlar özlərini texnologiya ilə rəqabət aparmaq məcburiyyətində hiss edir, yeni bacarıqlar öyrənməyin zəruriliyini anlayırlar. Bəs süni intellektin inkişafı həqiqətən insanların iş yerlərini əlindən alacaq? Bu qorxu nə dərəcədə əsaslıdır və texnoloji dəyişikliklər fonunda yaranan işsizlik narahatlığı insanların psixoloji vəziyyətinə necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Sonxeber.az-a açıqlamasında bildirdi ki, cəmiyyətimizdə kimliyi peşə ilə eyniləşdirmək problemi var. Burada söhbət təkcə işsizlik qorxusundan getmir. Daha dərin psixoloji proses baş verir. Məsələn; "mən həkiməm, məm müəlliməm, mən vəkiləm və sairə kimi sahələrdə özü təsdiq edənlər üçün, peşə sadəcə gəlir mənbəyi deyil, həm sosial statusu, həm özünə hörməti və həm cəmiyyətdəki rolu kimi qəbul olunur. İndi isə süni intellekt bu peşələrin müəyyən funksiyalarını öz üzərinə götürməyə başlayandan insan bunu texnoloji dəyişiklik kimi deyil, öz şəxsiyyətinə, mövcudluğuna və dəyərinə qarşı təhlükə kimi qəbul etməyə başlayər. Buna psixologiyada "Peşəkar kimlik böhranı" deyilir. Bu gün bəzi işləri süni intellekt həyata keçirirsə, insanlar düşünür ki, sabah artıq bütün işləri süni intellekt əvəz edəcək və mən işsiz qalacam, heç kimə lazım olmayacam. Ehtimal ilə fakt qarışmağa və insan özünü süni intellekt ilə müqayisə etməyə başlayır. Bu səbəbdən də özünədəyər hissinin zədələnməsi baş verir. Biz hələ ki, texnologiyanın inkişafının hansı peşələri nə dərəcədə dəyişəcəyini dəqiq bilmirik.
Amma nəticədə insan hələ baş verməmiş hadisənin psixoloji əziyyətini indidən çəkir. Ümumiyyətlə, insan yalnız öz peşəsi üzrə deyil, əlavə bacarıqlara da sahib olmalıdır, özünü hər yaşda inkişaf etdirməlidir. Özünədəyər hissini peşədən ayırmalıdır, yəni peşə dəyişə bilər, amma insanın şəxsiyyəti tutduğu peşədən ibarət deyil. Gələcəyi proqnozlaşdırmağa çalışmaq əvəzinə, dəyişikliklərə uyğunlaşma qabiliyyətini inkişaf etdirmək lazımdır. Məqsəd hər şeyi bilmək deyil, yeni şəraitdə yeniliklər öyrənə bilməkdir. Bu məsələ ələxüsus ilk başda Azərbaycandakı dövlət məmurlarına aiddir. Çünki vəzifədən ayrıldıqdan sonra bir çox dövlət məmurunun hansı vəziyyətə düşdüyünün şahidi oluruq. Onların böyük əksəriyyəti vəzifə sahibi olublar, amma şəxsiyyət kimi formalaşa bilmədikləri üçün, vəzifədən ayrılanda dərin depressiya, ciddi təşviş pozuntuları, panik ataklar, psixosomatik simptomlar, özünədəyər hissinin itirilməsi və hətta infarkt kimi ağır sağlamlıq problemlərini dərin reallığı ortaya qoyurlar.
Bu insanlar çox zaman şəxsiyyətlərini vəzifələri ilə eyniləşdiriblər. Bu mənzərə isə cəmiyyətə, xüsusilə də sıravi vətəndaşlara ciddi psixoloji mesaj ötürür. İndi süni intellekt və robotlaşma ilə bağlı yaranan narahatlıqlar da bu qorxunu daha da gücləndirir. İnsan düşünür ki, əgər gələcəkdə peşəmi, işimi və sosial mövqeyimi itirsəm, mənim kimliyimdən nə qalacaq? İnsan tutduğu vəzifə ilə böyüyə bilər, peşəkar ola bilər, amma vəzifədən kənarda kim olduğunu bilmirsə, şəxsiyyət kimi hələ yetişməyib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi