Ali Dərəcəli Həkim: Aynur Bağırzadə

Ali Dərəcəli Həkim: Aynur BağırzadəHəkimlik dünyadakı minlərcə peşə və sənətin içərisində ömrünü həsr etmək istəyəcəyin ən ali peşələrdəndir.

Gecəni gündüzünə qataraq xəstələrlə məşğul olmaq, onların sağlamlığının qorunmasını bütün prinsiplərinin önünə qoymaq hər insanın bacaracağı iş deyil.

Aynur Bağırzadə də məhz peşəkarlığı ilə hər zaman seçilməyi bacaran, özünü tibbə həsr edən həkimlərdəndir. Xəzər Universitetində tibbi biologiya fəkultəsini bitirdikdən sonra 2006-2007-ci illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir. Elə 2007-ci ildən də fəaliyyətə başlayan Aynur xanım artıq 16 ildir Milli Onkologiya Mərkəzinin dəyərli kollektivinin üzvüdür.

İş fəaliyyəti ilə yanaşı o həm də biliklərini artırmaq üçün daim öz üzərində çalışmışdır. 2 il Moskvada ordinatura keçmiş, daha sonra 6 ay İstanbulda Hacettepe Universitetində, 3 ay isə İzmirdə Ege Universitetində kurslarda olmuşdur. 2012-ci ildə Avstryada Vyana şəhərində AKH-nın süd vəzi şöbəsində 3 ay ərzində tibbi biliklərini artırmışdır. O, burada mamoqrafiya, MRT müayinələri, İİAB (incə iynə aspirasiyon biopsiya), Tru-cut (qalın iynə biopsiyası) prosseslərinin icrasını mənimsəmişdir. 2018-ci ildə isə Amerikanın Texas ştatında MD Anderson Onkoloji Mərkəzdə 1 aylıq kursda iştirak edərək özünü təkmilləşdirmişdir. Aynur xanım tibbə, peşəsinə böyük sevgi ilə bağlıdır.

Həkim olmaq arzusu onun qəlbində hər zaman olmuşdur. İnsanların sağlamlığı, erkan diaqnozun qoyulması, xəstəliklərin vaxtında aşkar edilməsi, xəstəliyin tez aradan qaldırılması, xəstələrin ömrünün uzanması onun üçün hər şeydən vacibdir. Bu ali amal üçün isə Aynur xanım çox çalışır, ilk olaraq düzgün və dəqiq müayinə edir, doğru diaqnoz qoyur. Ona görə peşəkar həkim məhz belə olmalıdır, müayinəni diqqətli, detallı yerinə yetirməli, xəstəliyin diaqnozunu düzgün qoymalı, qayğıkeş, səbrli, gülərüz, diqqətcil və şirin dilli olmalıdır.

Aynur xanım özü də xəstələrinə hər zaman belə yanaşır, onları ən doğmaları kimi qəbul edir. Gözəl həkimimiz savadlı olmaqla yanaşı həm də çox pozitiv insandır, bu səbəblə o, xəstələrinə də daim müsbət enerji ötürür. Xəstənin diaqnozu yaxşı olmasa belə, ona hər şeyin yaxşı olacağı hissini ötürmək, onu sağalacağına inandırmaq lazımdır. Xəstə ilk olaraq sağalacağına daha sonra isə həkiminə inanmalı və güvənməlidir.

Bu onun sağalması üçün atılan ilk addımdır. Güclü xarakteri, soyuqqanlı olması, peşəsinin incəliklərinə tamamilə hakim olması onu peşəsində çox irəli aparır. Xüsusilə, son dönəmlərdə tibb çox inkişaf edib. Azərbaycan da bu inkişafdan heç geri qalmır.

Yetəri qədər savadlı, öz üzərində işləyən həkimlərimiz var, ölkədaxili və ölkəxarici konfranslarda iştirak edərək savadlarını artırır və xəstələrinə daha faydalı olmağa çalışırlar. Həkimlərimiz xəstələrə yanaşmada da üstün mövqedədirlər. Həkim də psixoloq olmağı, xəstə ilə düzgün ünsiyyət qurmalıdır, çünki xəstəliyə, xüsusilə də onkologiyanın sağalmasına psixoloji vəziyyətin yaxşı olması da çox böyük təsir edir.

Aynur Bağırzadə bütün bu keyfiyyətlərə sahib olaraq xəstələrinə can yandırır, onların sağlamlığının qayğısına qalır, savadı, bacarığı və mərhəməti ilə hər zaman seçilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1154   Tarix: 08 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində respublika ərazisində

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr