Planşetin dəbdən düşməsində səbəb nədir? - ARAŞDIRMA

Planşetin dəbdən düşməsində səbəb nədir? - ARAŞDIRMAPlanşetlər bir zamanların ən çox axtarılan, əldə edilməsinə çalışılan, insanların ciddi şəkildə əlindən tutan texnoloji yenilik idi. 8-9 il öncəsinə qədər hamı planşet almağa maraq göstərirdi. Elə ən bahalı, maraqlı hədiyyələr də planşetlər hesab olunurdu. Hətta texnologiya bloqerləri planşetlərin notbuk erasını bitirəcəyini də proqnozlaşdırırdılar. Amma vəziyyət dəyişib. Artıq bazarda da planşet markalarına az rast gəlinir. Alınan planşetlərdə isə əsasən uşaqlar oyun oynayırlar.

Açıqlanan statistika da bunu göstərir. Belə ki, 2023-cü il ərzində dünya üzrə planşet satışı 135 milyon 254 min ədəd təşkil edib. "Canalys" agentliyinin hesabatına əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 10,3 %-lik azalma deməkdir. İkinci əsas məqam isə odur ki, müasir dövrdə ağıllı telefonların inkişafı və məşhurlaşmasından sonra 2019-cu ildə "Google" planşet bazarındakı satış və marağın az olması səbəbi ilə planşet istehsalını dayandırmışdı.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Doymuş bazar sindromu

Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, smartfonların daha "ağıllandığı" və notbukların getdikcə daha çox istifadə olunduğu vaxtda planşetlər tənəzzül dövrünü yaşayır. Mütəxəssis vurğulayır ki, qlobal planşet satışları dinamikası son üç il ərzində aşağıya doğru gedir: "Bu enişin səbəbinə gəldikdə isə, ilk nüans doymuş bazar sindromudur. Yəni satışlarda enişi şərtləndirən faktorlardan biri bazarın doymasıdır. Texnoloji qurğularla zəngin bir dünyada istehlakçıların seçim imkanları böyükdür. Planşetlər smartfonlar və notbuklar arasında mükəmməl inqilabi cazibəsi olduğu vaxtlarda bazarı bəzəyirdilər. Bazar oxşar funksiyalarla təchiz edən cihazlarla dolu olduğundan bu cazibə bir müddət sonra zəiflədi. Bazar iqtisadiyyatı burada özünü tam gücü ilə doğrultdu".

"Köhnə getdi, sən təzədən danış"

Mütəxəssis deyir ki, ikinci faktor istehlakçının seçimlərini dəyişməsidir: "Necə deyərlər, "köhnə getdi, sən təzədən danış". İstehlakçı seçimləri dinamikdir, dəyişən həyat tərzinə və texnoloji irəliləyişlərə uyğunlaşmaq üçün daim inkişaf edir. Daha böyük ekranları və təkmilləşdirilmiş imkanları ilə cəlb edən smartfonlar və misilsiz məhsuldarlıq təklif edən notbuklar fonunda planşetlər kimi arada qalan texnologiyaya ehtiyacın olub-olmaması getdikcə daha çox sual edilir. Hər ikisində ən yaxşısına sahib ola biləcəyimiz halda niyə onların ortasını seçməliyik?".
İş üçün notbuk, ünsiyyət üçün isə smartfon

Mütəxəssis pandemiyadan sonra planşet bazarında enişin daha çox hiss olunduğunu vurğulayır: "COVID-19 pandemiyası məsafəli iş və virtual ünsiyyət üçün katalizator rolunu oynadı. Bu zaman da işimizi rahatlaşdıran cihazlara tələbat artdı. Planşetlər də məsafəli iş və virtual görüşlər üçün əlverişli texnologiya kimi özünü bu dövrdə doğrultdu. Dünya tədricən normala doğru irəlilədikcə isə, bu maraq azalmağa başladı. İnsanların işlərinə geri dönməsi, virtual görüşlərdən kənarlaşması planşetlərə olan ehtiyac azaltdı. Yenidən hamı iş üçün notbuklara, ünsiyyət üçün isə smartfonlara qayıtdı".

"İnsanlar ehtiyacları dəbdəbədən üstün tuturlar"

Həmsöhbətimiz deyir ki, planşet bazarına təsir edən dördüncü əsas faktor iqtisadi təsirlərdir: "İqtisadi aspekti də nəzərdən qaçırmaq olmaz. Son bir neçə ildə dünyada insanların iqtisadi vəziyyətləri qeyri-müəyyəndir. İqtisadi tənəzzüllər istehlakçıların xərcləmə vərdişlərinə də təsir edib. Belə vaxtlarda planşetlər kimi vacib olmayan alətlər arxa plana keçir. Çünki insanlar hazırkı dövrdə ehtiyacları dəbdəbədən üstün tuturlar".

Ümid hələ də var?

C.Xəlilovun sözlərinə görə, ümumi azalmaya baxmayaraq, planşet bazarının müəyyən seqmentləri inkişaf etməkdə davam edir. Yəni, ümid hələ də var: "Planşetlərin daşınma qabiliyyətini və çoxyönümlülüyünü dərk edən təhsil müəssisələri onların istifadəsində inadkarlıq nümayiş etdirirlər. Bundan əlavə, istehsalçılar da fəal şəkildə yeniliklər edir, bazarlara uyğun yeni funksiyalar təqdim edirlər. Planşet bazarının gələcəyi ilə bağlı işartılar hələ də var. Peşəkar mövqe, mövcud ekosistemlərə inteqrasiya və ya inqilabi dizaynlar vasitəsilə planşetləri yenidən canlandırmaq bəlkə də mümkündür. İnnovasiyaları qəbul etmək, istehlakçı ehtiyaclarını anlamaq və daim inkişaf edən texnoloji mənzərədə fərqli dəyər təklifi hazırlamaq bu texnologiyanı böhrandan çıxara bilər".

Mütəxəssis sonda vurğuladı ki, qlobal planşet satışlarının azalması sadəcə statistik göstərici deyil, dəyişən istehlakçı davranışlarının, bazar dinamikasının və texnoloji irəliləyişlərin nəticəsidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 848   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun

Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap

17 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr