Limonun da təbliğata ehtiyacı var - ARAŞDIRMA

Limonun da təbliğata ehtiyacı var - ARAŞDIRMA"Bu gün İtaliyanın limon yetişdirilən bölgəsinə dünyanın hər yerindən turistlər gedir. Bizdə də bu məhsul var, ancaq təəssüf ki, düzgün təbliğ edə bilmirik. Bu, hansısa xırda şirkətlərin görə biləcəyi iş deyil".

İtaliyanın cənubuna - Kampaniya bölgəsinə səyahət edən hər hansı bir turistdən "Oraların simvolu nədir?" soruşsan düşünmədən "limon!" - deyə cavab verəcək. Limonun vətəni Hindistan yarımadası olsa da, bu bitki məhz oradan bütün planetə yayılsa da, İtaliyanın cənubunun subtropik iqlimi bu məhsulun şöhrətini dünyaya daha çox yayıb. Neapol, Salerno, Sorrento, Pozitano, Amalfi, Kapri adası kimi turistik məkanlar "limon birinci bizdə yetişib" deyə, məhsulun ətri, dadı, rəngi, ölçüsü, bol çeşidləri uğrunda qızğın rəqabət aparırlar.

Bölgədə keçirilən limon festivallarına dünyanın hər yerindən turistlər gəlir. Küçə ticarətində, irili-xırdalı marketlərdə, bazarlarda, suvenir dükanlarında limondan hazırlanan limonad, kokteyl, zənginləşdirilmiş likör, salatlar, isti və soyuq yeməklər, desertlər, bəzək, ev və geyim əşyaları və s. baha qiymətə satılır. Təkcə "Limoncello" içkisini almaq üçün turistlər 28-45 avro arası pul ödəyirlər. Bölgə limondan və digər sitrus bitkilərindən hazırlanan məhsulları xarici ölkələrə ixrac edir. İtaliyanın cənubunda qapısında limon ağacı olmayan italyan tapmaq çətindir.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Lənkəran limonunun şəninə mahnılar, şeirlər yazılsa da...

Bizim ölkəmizdə də cənub zonası qədim vaxtlardan subtropik iqliminə görə sitrus meyvələrinin vətəni sayılır. Ordubad şəhəri də limonunun fərqli ətri ilə bu siyahıda yer alıb.

Məlumatlara görə, son 10 il ərzində ölkəmizdə sitrus bitkilərinin əkin sahələri çoxaldılıb. Təkcə cənubda bu, üç min hektar sahəni əhatə edir.

Təəssüf ki, bu bölgələrdə yetişdirilən limonun şöhrəti, məhsulun ətri və dadı ilə qətiyyən müqayisəyə gəlmir. Baxmayaraq ki, Lənkəran limonunun şəninə mahnılar, şeirlər yazılıb, ancaq bu məşhurluq yalnız Rusiya bazarlarına qədər gedib çıxa bilib...

Fermerlərin əlində qalan məhsul

Fermerlər də bu fikri təsdiqləyirlər. Lənkəranlı fermer Hubeydə Abıyeva limonumuzla maraqlananların az olduğunu deyir: "Limon yalnız çay və bəzi yemək süfrələrində işlənir. Limonun sağlamlıq üçün böyük əhəmiyyəti var. Bu baxımdan əczaçılıq sənayesində geniş istifadə oluna bilər. Kulinariyada limon tərkibli çox məhsullar hazırlamaq olar. Heyif ki, min bir əziyyətlə yetişdirdiyimiz məhsulun çeşidli istifadəsi yoxdur". Fermer məhsulu sata bilmədiklərindən də şikayətlənir: "Məhsulun satışı üçün bazar olmalıdır. Gərək istehsal müəssisələri olsun ki, məhsulu bizdən alıb istifadə etsinlər. Əziyyətlə yetişdiririk, amma sata bilmirik, əlimizdə qalır…"
Limondan şirə, şərbət, mürəbbə hazırlamaq olar

Tovuzda yaşayan fermer Sahib Qasımov öz təsərrüfatını yaradaraq iki sort limon yetişdirir: "Əslində, Tovuz torpağı subtropik olmadığından limon yetişdirilməsi üçün münbit sayılmır. Amma çətinliklə də olsa təxminən üç-beş min limon yetişən istixana yaratmışam. Təsərrüfatı böyütmək üçün vəsait, qışda şaxtadan qorumaq üçün şərait lazımdır. Yetişdirdiyim məhsulu yalnız marketlər və toy şənlikləri üçün alırlar. Bizdə limon 5-10 qəpiyə satılır. Amma bu məhsulu daha dəyərli etmək, geniş məqsədlərlə istifadəsinə şərait yaratmaq olar". Fermer hesab edir ki, məhsuldan həmçinin şirə, şərbət, mürəbbə və s. məhsullar hazırlamaq olar: "Bu məhsullar xaricdən gətirilib marketlərdə satılır. Başqa ölkələrdə limonçuluq daha gəlirli sahəyə çevrilib. Biz isə məhsuldan lazımınca istifadə edə bilmirik".

Problemlərdən biri də mütəxəssis çatışmazlığıdır

Sitrus meyvələrinin yetişdirilməsi sahəsində mövcud problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Aqrar elmləri üzrə fəlsəfə doktoru Xalıqverdi Babayev bildirir ki, fermerlərin əksəriyyəti indi qeyri-ixtisas sahibləri, tarix, ədəbiyyat və ya digər fənn müəllimləridir: "Əvvəllər Lənkəranda Subtropik Texnikumda kadrlar yetişdirilirdi, indi onun da fəaliyyəti dayanıb". Mütəxəssis ümumiyyətlə limonun təbliğinin olmadığını bildirir: "Bizim regionda limonun şöhrəti ona görə artmır ki, emal texnologiyası, yeni innovativ texnologiyalar, aqrar sənaye kompleksi yoxdur. Əvvəllər fəaliyyət göstərən müəssisələrdə sitrus bitkilərindən müxtəlif çeşidli məhsullar hazırlanırdı. İndi bu cür müəssisələr də yoxdur". Alimin sözlərinə görə, son illər Azərbaycana Türkiyədən limon tingləri gətirilir. Amma onların bizim şəraitə uyğunlaşması çətindir.

Düzgün marketinq strategiyası olarsa...

Turizmçi Əfsun Əhmədovun sözlərinə görə, Azərbaycanın coğrafi iqlimi, landşaftı nəinki sitrus bitkilərinin, bütün meyvə və tərəvəzlərin yetişdirilməsinə imkan verir: "Narla bağlı Göyçayda, sitrus bitkiləri ilə bağlı Lənkəranda bayramlar keçirilir, amma bunlar lokal xarakter daşıyır. Yəni yalnız özümüz üçün keçirilir". Ə.Əhmədov turizm şirkətlərinin turistlərə yeni paketlər təqdim etməyə çalışdığını desə də, bu istiqamətdə strategiyanın düzgün qurulmadığını bildirir: "Bu işin daha düzgün marketinq strategiyası olsa, biz turizmçilər də onu inkişaf etdirə bilərik. Bu gün İtaliyanın limon yetişdirilən bölgəsinə dünyanın hər yerindən turistlər gedir. Bizdə də bu məhsullar var, ancaq təəssüf ki, düzgün təbliğ edə bilmirik. Bu, hansısa xırda şirkətlərin görə biləcəyi iş deyil". Turizmçi hesab edir ki, ümumiyyətlə, hər bölgənin özünəməxsus məhsullarının təbliğinə ehtiyac var: "Fikrimcə, artıq turist cəlbində də standartlıqdan çıxmalıyıq. Turisti ənənəvi paketlərdən kənara çıxarmalıyıq. Belə yanaşma olsa, həmin bölgələrin turizmi də inkişaf edər. Bu strategiya işləsə, Azərbaycanın elə bir bölgəsi olmaz ki, orada inkişaf olmasın".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 965   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun

Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür. xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir. Plovun lap

17 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr