Hərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşüb

Hərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübNovruz bayramı ərəfəsində Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri ilə birlikdə Şuşa və Xankəndidə yerləşən hissə və bölmələrdə hərbi qulluqçularla görüşərək, bayram tədbirləri keçiriblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, tədbir iştirakçıları Vətən və millət qarşısında misilsiz xidmətləri olan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçiləri Novruz bayramı münasibətilə təbrik edən Hərbi prokuror Xanlar Vəliyev çıxışında bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrik düşüncəsi və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində və qazanılan uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Respublikamızın dinamik inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini vurğulayan ədliyyə general-leytenant Xanlar Vəliyev bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı olaraq yaxşılaşıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhvali-ruhiyyəsi yüksəlib, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən və antiterror tədbirlərindən bəhs edən Xanlar Vəliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi Qələbəni, tarixi torpaqlarımızın azad olunmasını Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Digər çıxış edənlər də xalq-dövlət-ordu həmrəyliyinin möhtəşəm gücündən danışıblar.

Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Hərbi prokuror əsgər və zabitlərin qayğı və problemləri ilə maraqlanıb, onlarla birlikdə nahar edib. Hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin yekununda "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar müxtəlif ağaclar əkilib.
Hərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşübHərbi prokuror Xanlar Vəliyev Şuşa və Xankəndidə hərbçilərlə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 923   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr