Azərbaycanda narkotik vasitələri kimlər və niyə yayır? - AÇIQLAMA

Azərbaycanda narkotik vasitələri kimlər və niyə yayır? - AÇIQLAMA2023-cü il hüquq mühafizə orqanları tərəfindən qanunsuz 4 ton 211 kq marixuana götürülüb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarçı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü illə bağlı hesabatında qeyd olunub. Bəs Azərbaycanda narkotik vasitlərin yayılmasında kimlər iştirak edir? Bununla bağlı ahnsı tədbirlər həyata keçirilir.

Mövzu ilə bağlı "Polisə Dəstək" İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, bu məsələ bütün dünyada aktual və qlobal olaraq qalır. Son illərdə narkotik maddələrin dövriyyəsi ilə bağlı mübarizə sərt, prinsipiallıq ilə davam edir:

"Narkotik dövriyyəsinə dayaq olan, havadarlıq edən bir sıra dövlətlər "biznes"in inkişafına imkanlar yarada bilirlər. Bunların öz qanunsuz və bəşəriyyət üçün təhlükəli olan fəaliyyətlərinin qarşısını almaq üçün bütün vasitələrdən, o cümlədən hərbi texnikalardan istifadə edirlər. Narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil cinayətkarlığın növü kimi hakimiyyətin budaqlarında belə havadarları var. Bu hal dünyada belədir. Təbii ki, "biznes"dən əldə edilən pullar, milyardlar ilə qanunsuz silahlı birləşmələr, terror təşkilatlarının yaradılmasında istifadə edirlər. O cümlədən həmin təşkilatlara təsir və təzyiqlər göstərə bilərlər".

Ekspertin sözlərinə görə, Azərbaycanda son 5 il ərzində narkotikə qarşı mübarizə yüksək səviyyədə həyata keçirilir. Daha çox qonşu dövlətdən, sərhədlər bağlı olsa da, ciddi nəzarət edilsə də bunları keçirmək üçün müəyyən dəhlizlər yaranır:

"Amma bu mənbəni açıqlamaq istəmirlər. Burada bizim vətəndaşlarımıza irad bildirmək lazımdır. Mənbə deyilməlidir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və polis idarələri bununla bağlı səmərəli tədbirlər həyata keçirilsin, səmərəli nəticə əldə olunsun. Bəzən İran vətəndaşlarının adları bəlli olsa da, Azərbaycan tərəfinin onlara göndərdiyi sorğular, onların bizə verilməsi, dindirilməsi ilə bağlı çağırışlar demək olar ki, cavabsız qalır. Nə qədər ağır olsa da, İranın bu istiqamətdə maraqlı olduğu aydındır. Əldə edilən məbləğ terror təşkilatlarının maliyyələşdirilməsinə, saxlanmasına, təchiz edilməsinə sərf olunur. Bu da təbii ki, beynəlxalq aləmdə və bütövlükdə ümumdünya sistemində sülh üçün böyük təhlükə yaradır".

Şəmsəddin ƏIiyev deyib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan polisini müəyyən qismini elə almaq belə mümkün olmur:

"Tapşırıq və təlimat əməkdaşlarımız ciddi verilib ki, heç kim nəzarətdən və məsuliyyətdən kənarda qalmır. Aparılan işlər nəticəsində ötən ilə nəzərən ələk keçirilən narkotik vasitələrin çəkisi də artır. Bu sahədə vətəndaşlarımız Azərbaycan polisinə kömək etməlidirlər. Hər hansı məlumat varsa, əməkdaşlarımız ilə əlaqə saxlamalıdır. Ona görə də biz bununla qarşılıqlı və birlikdə mübarizə aparmasaq narkomaniyanın eskalasiyası genişlənəcək. Bundan istifadə halları da cavanlaşacaq. Elə dövlətlər var ki, bununla bağlı mübarizə dərəcəsi yox səviyyəsindədir və beynəlxalq normalara əməl etmirlər. Əfsuslar olsun ki, bəzi ölkələrdə açıq bazar mövcuddur. Bu bazar nə qədər bağlanmayıb, bununla bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısını almaq mümkün olmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1098   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr