"Avropa Parlamenti Cənubi Qafqazda baş verən proseslərə ikiüzlü və qərəzli mövqe nümayiş etdirir" - DEPUTAT

"Avropa Parlamenti Cənubi Qafqazda baş verən proseslərə ikiüzlü və qərəzli mövqe nümayiş etdirir" - DEPUTAT"Avropa Parlamentinin martın 13-də "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı" qətnamədə Azərbaycan əlehinə qeyd olunan birtərəfli, beynəlxalq hüquqa və ədalətə uyğun olmayan qərəzli məqamlar qəti şəkildə qəbulolunmazdır. Avropa Parlamentinin bu cür qərəzli mövqeyi islamafobiyanın, azərbaycanafobiyanın bariz təzühürü olmaqla yanaşı, bu qurumun erməni lobbisinin və anti-Azərbaycan dairələrin əlində oyuncağa çevrildiyinin göstəricisidir. Bu qətnamə ölkəmizə qarşı növbəti ikili standarların bariz nümunəsidir".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı qərəzli, beynəlxalq hüquq və ədalət anlayışlarından uzaq münasibətlərini get-gedə daha da artırır, bu yolla ölkəmizə təzyiq etməyə çalışırlar:

"Bu qətnamə də Avropa Parlamentinin bəyan etdiyi bəşəri dəyərlərdən çox uzaq, kimlərinsə sifarişini icra edən quruma çevrildiyinin bariz örnəyidir. Bu sənəd Avropa Parlamentinin ikili standartlar siyasətinin davamıdır. Avropa Parlamenti əsassız iddialarla rəsmi Bakını və Ankaranı Ermənistana təhdid yaratmaqda ittiham edir, halbuki, Azərbaycanın əsl niyəti Ermənistanla ən qısa zamanda sülh sazişi imzlamaq, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması və işğal altındakı kəndlərin danışıqlar yolu ilə qaytarılmasıdır. Azərbaycanın Ermənistana güc tətbiq etmək niyəti yoxdur".

Millət vəkili qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqazda baş verən proseslərə ikiüzlü, qərəzli mövqe nümayiş etdirməklə özünün destruktiv siyasətini ortaya qoyur:

"Eyni zamanda bu mövqe regionda sülh və sabitliyin bərpasına ciddi zərbə vurur. Avropa Parlamentinin erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəli sürülən bu qətnamə guya "sülhün təşviq edilməsi" və Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmuş kimi təqdim olunsa da, tamamilə, saxtalaşdırılmış faktlardan ibarət, Azərbaycan əlehinə qarayaxma kampaniyasının bir hissəsidir. Qətnamədə ölkəmizə qarşı beynəlxalq münasibətlərin ruhuna zidd olaraq, cəfəng, təhqiramiz ifadələrin işlədilməsi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürən parlamentarilərin əsl simasını nümayiş etdirir. Avropa Parlamenti Azərbaycan- Emrənistan münasibətləri ilə əlaqədar canfəşanlıq edəcəyinə Avropanı bürüyən daha ciddi problemlərlə- islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, bu, qurumun özü üçün çox daha faydalı olar.

Avropa Parlamenti bilməlidir ki, daha öncə qəbul etdiyi qətnamələr kimi bunun da Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Nə qədər qərəzli, ikiüzlü, ədalətsiz qətnamələr qəbul etsələr də, həqiqəti inkar etmək mümkün deyil. Həqiqət odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bunu heç bir qüvvə şübhə altına ala bilməz. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və bu siyasət davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 733   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr