Dövlətlərin aktivləşməsinə SƏBƏB NƏDİR? Zəngəzur dəhlizinin açılmasında hər bir dövlət öz istəyinə nail olmaq istəyir! - AÇIQLAMA
Türkiyənin nümayəndə heyəti Antalya Diplomatiya Forumunda Ermənistan nümayəndə heyətinə təklif edib ki, Zəngəzura müvafiq status verilsin. Bununla bağlı mətbuatda məlumatlar yayılıb. Əldə edilən məlumata görə, bu iddia ilə erməni türkoloq Varujan Geqamyan çıxış edib. Onun iddiasına görə, Türkiyənin Ermənistanla danışıqlar üzrə nümayəndəsi Sərdar Kılıçın başçılıq etdiyi heyət Ermənistan nümayəndə heyətinə təklif edib ki, Zəngəzura Rusiyaya bağlı olan Kalininqrad modelinə bənzər bir status verilsin. Bəs bu təklif nə dərəcə məqbuldur?
Mövzunu Sonxeber.az-a şərh edən hərbi ekspert, siyasi şərhçi Səxavət Məmməd deyib ki, Türkiyədəki danışıqlardan sonra bir çox iddialar var. Ən maraqlı iddia, məhz Kalininqrad variantı idi. Bu təklif, əslində məntiqli bir varianta bənzəyir. Ermənistan tərəfi buna necə cavab verəcək yaxud necə reaksiya bildirəcək bu bir qədər sual altındadır:
"Çünki Ermənistan tərəfi ümumiyyətlə bu məsələyə yaxın getmək niyyətində deyil. Ümumi olaraq Türkiyənin bu məsələ ilə bağlı aktiv olduğunu açıq şəkildə deyə bilərik. Maraqlı bir nüans isə İrandır. Kalininqrad variantı ortaya atıldıqdan sonra, İran maraqlı bir açıqlama verdi. Belə ki, əvvəl deyirdi ki, sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir. İndi də deyir ki, Ermənistanın ərazisinin bölünməsi bizim qırmızı xəttimizdir. Əgər dəhlizə status veriləcəksə, dəhlizə Ermənistan və heç bir tərəf nəzarət etməyəcəksə, bu o deməkdir ki, ərazinin bir hissəsi kənara düşür. İran buna da qarşıdır. Onlar deyir ki, Zəngəzurdan hər hansı bir dəhlizin açılması qırmızı xətti keçmək deməkdir. İran hətta bu məsələdə hərbi müdaxiləyə belə gedə bilər. Dolayısıyla indiki məqamda bütün tərəflər aktiv fəaliyyətə keçiblər. Hamısı öz istəyinə nail olmaq üçün davranırlar".
Ekspert düşünür ki, indiki məqamda Azərbaycanın tutduğu mövqe çox normaldır:
"Öhdəlik Naxçıvandan da qatar və şosse yolunun çəkilməsi idi. Eynilə işğaldan azad olunmuş ərazilərdən Ermənistan sərhədinə qədər yolların çəkilməsini həyata keçirib. Hətta bu layihə ilə bağlı Azərbaycan ən böyük risklərdən birini edib. Dərinə getsək Qarabağ işğaldan azad olundu. Yəni Azərbaycanın bu məsələ ilə bağlı heç bir öhdəliyi yoxdur. Ona görə də Azərbaycan tərəfi sakit dayanır. Ən azından bu məsələdə maraqlı olan ölkələrə bildirir ki, ortalıqda problem yaradan Emrnəistandır. Gedin Ermənistan ilə öz məsələnizi həll edin. Ona görə də artıq bütün ölkələr problemi Ermənistan üzərindən həll etməyə çalışırlar. Ermənistana isə hansısa təzyiqlər etməyə çalışırlar. Türkiyə son dərəcə aktivləşib və belə olmağa davamı edəcək. Çünki Türkiyə bu yolun açılmasında son dərəcə maraqlıdır".
Səxavət Məmmədin sözlərinə görə, Yolun əsas hissəsi Türkiyənin ərazisindən keçəcək. Hesab edirəm ki, indiki vaxtda Türkiyə və digər ölkələrin aktivliyi lazımdır:
"Bununla yanaşı Ermənistana təzyiqlərini artırmalıdırlar. Ermənistana təzyiqlər artarsa, təkcə Kalininqrad variantı yox, fərqli bir yanaşma yaxud gömrüksüz bir üsul həyata keçirilə bilər. Orada nəsə bir statusdan keçə bilməz. Ermənistan ən azından bununla bağlı bir öhdəlik götürməlidir. Çünki sənədə imza atmadan fikrini dəyişə bilər. Proseslər onu göstərir ki, vəziyyət ən azından dəyişməyə doğru gedir. Burada maraqlı olmayan ölkələrdə güclüdür. Proseslər xeyli çəkəcək və çoxsaylı görüşlər keçiriləcək. Amma nəticənin nə olacağını bilmək olmaz. Ən azından Ermənistanda hakimiyyətdə çevrilişin yaxud dəyişikliyin olmağı ehtimalıni da göz önünə almaq lazımdır".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon