"Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim, çox soyuqqanlı idi"

"Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim, çox soyuqqanlı idi"Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, ağır cinayətdə ittiham olunan 4 nəfər kanvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Bu iş üzrə istintaq orqanı tərəfindən 10 nəfər şahid qismində tanınıb. Ötən gün onlardan 5-i hakim qarşısında ifadə verib.

Şahidlərlərdən biri Elməddin Əliyevdir. Əliyev polis əməkdaşıdır. Amma hadisə baş verən vaxt xidmətdə olmayıb. O, Fazil Mustafanın vurulduğu yerin yaxınlığında yaşayır.

Şahid deyir ki, hadisə vaxtı evinin həyətində gəzirmiş. Qəfil güllə səsi eşidib: "Tez küçəyə çıxdım. Səs gələn yeri dəqiq bilmədiyim üçün əvvəl səhv istiqamətə getdim. Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim. (Səbuhi Şirinovu nəzərdə tutur-red) Təxminən mənim yaşda olardı. Amma çox soyuqqanlı idi".
"Geri qayıdanda qara kepkalı bir nəfərlə üzləşdim, çox soyuqqanlı idi"Şahid istintaqa verdiyi ifadəsində deyir ki, ilk güllə səsindən sonra ardıcıl 2-3 dəfə də atəş səsi gəlib. Evdən çıxıb atəş səsi gələn yeri axtararkən isə qara kepka, qara şalvarlı tanış olmayan kişi görüb: "Yanımdan keçəndə səsli formada yerə tüpürdü. Onun bu hərəkəti və salam vermədən keçməsi qəribə gəldi. Arxası ilə baxdım, təxminən 30 yaşlı, 1.72 santimetr boylu kişi idi. Nə isə, evə qayıtdım. Bir az sonra polis maşını səsi eşitdim. Yenidən küçəyə çıxanda nə baş verdiyini öyrəndim".

Şahid İslam Zeynalov da əvvəlki şahid kimi hadisə baş verən yerin yaxınlığında yaşayır. Dediyinə görə, həmin gün 6-8 dəfə güllə səsi eşidib. Zeynalov keçmiş hərbçidir. Bu səbəbdən o, güllənin səsinə görə hansı silahdan çıxdığını da müəyyən edib.

"Mən hal şahidi yox, səs şahidiyəm. Vəssalam", - deyə Zeynalov ifadəsini bitirib.

Prosesin davamında iki nəfər hal şahidi ifadə verib. Hər iki şahid hadisədən sonra Fazil Mustafanı güllələməkdə ittiham olunan Səbuhi Şirinovun evində aparılan axtarışda iştirak ediblər. Şahidlər ikisi də eyni danışıb. Onlar axtarış zamanı evdən dini kitablar və 15 min manat pul çıxdığını görüblər.

Proses martın 29-u digər şahidlərin ifadələri ilə davam edəcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Ötən ilin martında baş vermiş cinayətə görə 5 nəfər-Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarov sərbəst ifadə verib. Bu iş üzrə ittiham olunan Azər Səricanov və Rəşad Əhmədov həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1385   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr