Zaxarova: "Ermənistan Qərb ssenarilərinə aldanmamalıdır, bu, çox təhlükəli ola bilər"
"Ermənistanın məsuliyyətdən yayınmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gizlənməsinə ehtiyac yoxdur".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova müsahibəsində deyib.
"Ermənistanın KTMT-dən mümkün çıxışı ölkənin real ehtiyaclarına əsaslanmalıdır. Bu qərar respublikanın ilkin milli maraqlarına uyğun gəlmir və Brüsseldə haradasa hazırlanıb".
Diplomat qeyd edib ki, hər bir ölkənin istədiyi ittifaqlarla münasibətləri inkişaf etdirməyi seçmək hüququ var, lakin bu, reallığa və ölkənin real ehtiyaclarına əsaslanaraq edilməlidir.
O əlavə edib ki, Qərb ssenarilərinə aldanılmamalıdır, dilxoşluq çox təhlükəli ola bilər, çünki söhbət təhlükəsizlik məsələlərindən gedir.
Xatırladaq ki, martın 12-də Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin nümayəndələri İrəvanın qaldırdığı suallara cavab verməsə, Ermənistanın təşkilatdan çıxacağını bildirib. Ermənistanın baş naziri onu da bildirib ki, İrəvan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə hədəflənib.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 669 Tarix: 16 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Hazırda üçillik bakalavr məsələsi müzakirə olunur" - Emin Əmrullayev
"Hazırda gündəmdə 12 illik təhsilə keçidlə bağlı məsələ yoxdur. Strategiyada bu nəzərdə tutulub, yazılıb, ama yaxın aylarda belə bir keçid nəzərdə tutulmayıb". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransınd
14 sentyabrKörpəsini xəstəxananın həyətində dünyaya gətirdi
Bərdədə hamilə qadın xəstəxananın həyətində körpə dünyaya gətirib. xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, avqustun 10-u səhər saat 10:40 radələrində 35 həftəlik hamilə qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb
14 sentyabr"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabrAzərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat
14 sentyabr