Astarada torpaq sürüşməsi: Evlər təhlükədədir - VİDEO
Astarada torpaq qatı sürüşüb, yaşayış evləri üçün təhlükə yaranıb.
"Xəzər Xəbər"in məlumatına görə, Astaranın Sipiyəpart kəndinin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra bu cür mənzərə yaranıb.
Sakinlərin sözlərinə görə, yağıntıların düşməsi səbəbindən ərazidəki aktivlik daha da artıb.
Kənd sakinləri deyirlər ki, torpaq sürüşməsi dəfələrlə sitrus bağlarına da ziyan vurub. Hazırda Sipiyəpart kəndinin Hörün məhəlləsində 10-a yaxın fərqli hissədəki sürüşmə aktivliyi 15-ə yaxın ev üçün təhlükə yaradır.
Məsələ ilə bağlı yerli ərazi icra nümayəndəliyindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Adıçəkilən qurumlar əraziyə baxış keçirdikdən sonra buradakı yaşayış evlərinin aqibəti ilə bağlı qərar veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 937 Tarix: 17 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
4 iyulMetroda qadına qarşı əxlaqsız hərəkət iddiası! - VİDEO
İstanbul metrosunda baş verdiyi bildirilən xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. xarici mediaya istinadla xəbər verir ki, Maltepe stansiyası yaxınlığında bir kişi sərnişin vaqonda qarşısında əyləşən qadına yönələrək əxlaqsız hərəkətlər edib. Məlumata əsasən, ağ köynək və qara şalva
10 iyulLisenziyası ləğv edilən plastik cərrah hovuzda ölü tapıldı
ABŞ-ın Kaliforniya ştatında keçmişdə estetik əməliyyatdan sonra bir pasiyentin ölümünə görə həkimlik lisenziyası ləğv edilən 71 yaşlı plastik cərrah Sarva Aldoori yaşadığı evin hovuzunda ölü tapılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bakersfild şəhərində baş verib. Polis həkimin ölüm səbəbini
6 iyulDişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb
Hindistanın Qucarat ştatında dişi aslanın hücumuna məruz qalan çoban ağır yaralanıb. Hadisənin mobil telefonla lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Qucarat ştatının Qaraciya kəndində baş verib. Yerli sakin Kalubhay Boqhabhay Qamar
9 iyul