Bakıda DƏHŞƏT: qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO

Bakıda DƏHŞƏT: qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO2022-ci il avqustun 15-də Bakının Yasamal rayonu 3-cü Alatava massivi, Salamzadə küçəsində, "Betonpark" adlanan yerüstü piyada keçidin yaxınlığında qətl hadisəsi baş verir. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və qətlə yetirilən 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun meyitinə baxış keçirirlər.

Həmin gecə Bəxtiyar Qarayev Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gələrək, könüllü təslim olub və cinayəti, təqdim etdiyi qatlanan bıçaqla törətdiyini bildirib. Baxış zamanı, alətin üzərində qan izləri aşkar edilib. Anket məlumatlarına əsasən, Bəxtiyar Qarayev 1999-cu ildə Ağdaş rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olub ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Müharibədə yaralanan N.Muradov "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Bəxtiyar Qarayev avqustun 14-ü saat 22 radələrində qeyri-rəsmi münasibətdə olduğu Səriyyə Hüseynova ilə aralarında olan mübahisəni həll etmək məqsədilə 3-cü Alatava massivi, Salamzadə küçəsində yerləşən "Beton park" adlanan ərazidə görüşüb. Qadını xəyanət etməkdə günahlandıraraq, ona məxsus, dəyəri 250 manat olan mobil telefonunu sındırıb. Sonra Bəxtiyar Qarayev Səriyyə Hüseynovanın üzünə sillə vurub və silah qismində istifadə etdiyi telefonla başına zərbələr endirib. İctimai qaydanı kobud sürətdə pozan şəxsə yaxınlaşan Niyaməddin Muradov, Vüsal Əhmədov və Nəcməddin Kurtayev qadından əl çəkməsini və səs-küy salmamasını bildirərək, yollarını davam ediblər.

Bundan hiddətlənən Bəxtiyar Qarayev arxalarınca qaçaraq onlara çatıb və dava zamanı, qisas məqsədi ilə Niyaməddin Muradova bıçaqla zərbələr vuraraq, onu öldürüb.

İş üzrə dindirilmiş Bəxtiyar Qarayev bildirib ki, bir müddət Səriyyə Hüseynova ilə ər-arvad kimi yaşayıb. Ayrılmalarına baxmayaraq, arada qadının yanına gedib-gəlib:

"Hadisə baş verən gün işdən sonra Səriyyə ilə görüşəndə, onun telefonuna mesaj gəldiyini görüb əsəbləşdim və əlindən telefonunu alıb sındırdım. Səriyyə ilə mübahisə edərkən, tanımadığım şəxslər küçədə səs-küy salmamağımla bağlı irad bildirdilər. Sonra aramızda başlanan dava zamanı, həmin oğlanlar tərəfindən döyüldüm. Bıçaqdan onları qorxutmaq üçün istifadə etdim, bunlar müşahidə kamerasına da düşüb. Niyaməddinin yerə yıxıldığını görüb hadisə yerindən qaçdım. Sonra marketdən özümə su aldım və taksi ilə polis bölməsinə gedərək, təslim oldum. Üzərimdəki açılıb-qatlanan bıçağı polislərə təqdim etdim".

Zərərçəkmiş şəxsin hüquqi varisi Dərşad Muradov ifadəsində göstərib ki, hadisə baş verən gün Salyan rayonunda olub:

"O biri oğlum zəng edib, Niyaməddinin bıçaqlandığını xəbər verəndən sonra gecə ilə Bakıya qayıtdım. Xəstəxanaya çatanda oğlumun öldüyünü öyrəndim. Niyaməddin Vətən Müharibəsi iştirakçısı idi. Cinayəti törədən şəxsin valideynləri və ya qohumları barışıq üçün yanıma gəlməyiblər".

Zərərçəkmiş Səriyyə Hüseynova ifadəsində göstərib ki, Bəxtiyar Qarayevlə 3 il birlikdə yaşayıb, ayrılmalarına baxmayaraq arada yenə görüşüblər:

"Avqustun 14-də onunla görüşəndə, İlqar adlı tanışımdan telefonuma ismarıc gəldi. Bunu görən Bəxtiyar telefonu əlimdən alıb sındırdı və mənə əl qaldırdı. Yaxınlaşan 3 nəfər Bəxtiyardan nəyə görə qadına qarşı belə hərəkət etdiyini soruşanda o, həmin oğlanlara ailə məsələsi olduğunu dedi. Sonra Qarayev yolu keçərək, onlarla mübahisə etməyə başladı və Niyaməddin Muradovu bıçaqladı".

Zərərçəkmiş Vüsal Əhmədov bildirib ki, ailəsini dolandırmaq üçün tez-tez Bakıya gələrək, fərdi qaydada fəhlə kimi çalışıb:

"Niyaməddin Muradovu İkinci Vətən müharibəsində iştirak edən vaxtdan tanıyırdım. Bakıya işləməyə gələndə Niyaməddinlə əlaqə saxlayaraq, bəzən onun Salamzadə küçəsi, 11 ünvanında, kirayədə yaşadığı evdə qalırdım. Həmin ünvanda həmçinin Niyaməddinin atası və Nəcməddin adlı oğlan da yaşayırdı. Avqustun 14-də Niyaməddinlə gəzəndə parkdan səs-küy eşitdik. Keçidin yanında Səriyyə ilə Bəxtiyarın mübahisə etdiklərini gördük. Niyaməddin Bəxtiyardan nə məsələ olduğunu soruşanda, oğlan Səriyyənin yaşadığı qadın olduğunu və söhbətinə qarışmamasını dedi. Səriyyə ağlaya-ağlaya bizə Bəxtiyardan onun telefonunu alıb, qaytarmağımızı söylədi. Buna görə, Niyaməddin Bəxtiyarın arxasınca qaçdı və ona təpik atdı. Bəxtiyar əlində bıçaq əvvəl Niyaməddinin, sonra da mənim üzərimə gəldi. Yerdən daş götürərkən Bəxtiyarın məhlənin içərisinə doğru, Niyaməddinin isə üstünü təmizləyərək, yola tərəf qaçdığını gördüm. Sonra dostum yerə yıxıldı. Sol əlinin qana bulaşdığını görəndə onun yaralandığı anladım. Ətrafımıza xeyli insan toplaşmışdı. Yoldan keçən taksini saxlayaraq Nəcməddin və Səriyyə ilə birlikdə Niyaməddini maşına mindirib Kliniki Tibbi Mərkəzə apardıq. 5-10 dəqiqədən sonra həkim bizə Niyaməddinin öldüyünü dedi. Xəstəxanaya gələn polis əməkdaşları Səriyyədən Bəxtiyarın yaşadığı ünvanın yerini öyrəndilər. Bir müddətdən sonra, öyrəndim ki, Niyaməddini öldürən şəxs könüllü təslim olub".

Şahid Nəcməddin Kurtayev bildirib ki, avqustun 14-də baş vermiş davanı uzaqdan izləyib:

"Tanışım Niyaməddin Muradovla dalaşan Bəxtiyar Qarayevin əlində bıçaq görmədim. Onlar bir-birinə yumuqla və təpiklə zərbələr vururdular. Bəxtiyar hadisə yerindən qaçandan sonra Niyaməddin geri qayıtdı və yolun kənarında yıxıldı. Yaxınlaşıb, nə baş verdiyini soruşanda, o, bıçaqlandığını dedi".

Məhkəmə iclasında Bəxtiyar Qarayev ittihamlar üzrə özünü təqsirli bilib. Zərərçəkmişi öldürmək niyyətinin olmadığını və onun kim olduğunu istintaq zamanı bildiyini qeyd edib.

Zərərçəkmiş şəxsin hüququ varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Zərərçəkmiş Səriyyə Hüseynova Bəxtiyar Qarayevə şikayəti olmadığını və ona qanuna müvafiq cəza verilməsini xahiş edib.

Məhkəmə qənaətə gəlib ki, Bəxtiyar Qarayevin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsi, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1546   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr