Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
Bəzi müəssisələr bayram günlərində əməkdaşları işə cəlb edir. Bu qərar rəhbəliklə işçi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir. Belə olduqda həmin işçiyə əməkhaqqının hansı qaydada ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır.
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, belə hallarda Əmək Məcəlləsinə əsasən işçiyə ikiqat əməkhaqqı verilməsi nəzərdə tutulub:
"Bayram günlərində və digər qeyri-iş günlərində işləyən işçiyə ikiqat əməkhaqqı hesablanır. Bu Əmək Məcəlləsində öz əksini tapıb. Əvvəllər bununla bağlı həmkarlar ittifaqının razılığı lazım idi, indi isə bir çox qurumda həmkarlar ittifaqı olmadığı üçün buna ehtiyac yoxdur. İşçinin könüllü razılığı ilə o bayram günlərində işə cəlb olunur və ona maaşın ikiqatı ödəniş olunur".
Hüquqşünas bu qaydanı tətbiq etməyən müəssisələrin Əmək Məcəlləsinin tələblərini pozduğunu qeyd edib:
"İş növbəlidirsə, ikiqat hesablanma tətbiq olunmur. Bu işçi və işəgötürən arasında imzalanan əmək müqaviləsində də öz əksini tapır. Ancaq iş növbəli deyilsə və əmək müqaviləsində nəzərdə tutulmayıbsa, lakin həmin vaxtın tələbinə uyğun olaraq işçi növbəyə cəlb olunursa, o zaman ikiqat hesablanır. Bu cür hallar qarşılıqlı razılaşma ilə həll olunur. Birmənalı olaraq müəssisə əgər bayram günlərində işləyən işçilərinə ikiqat əməkhaqqı verilməsini təmin etmirsə, Əmək Məcəlləsinin tələblərini pozmuş olur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2578 Tarix: 19 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə
5 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabr