Dəllək necə terrorçu oldu?-SENSASİON FAKTLAR
Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən "Okruzjnoy" otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib.
Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərini bu günlərdə sakit aparıblar, həmişə salam verib gülümsəyiblər, "nəzakətli və gülərüz" olublar. Oteldə onlar Tacikistan pasportları ilə qeydiyyatda olublar.
Onlar otel rəhbərliyi ilə rus dilini digərlərindən daha yaxşı bilən 19 yaşlı bərbər vasitəsilə əlaqə saxlayıblar. Söhbət terrorçulardan biri, əvvəllər İvanovo vilayətində, sonra isə Teykov şəhərində bərbər işləyən 19 yaşlı Məhəmməd Fayzovdan gedir. Həbs zamanı həmin şəxs xəsarət alıb. O, xəstəxanada əməliyyat olunub.
Tacikin işlədiyi kişi salonunun qadın direktoru mk.ru-ya deyib ki, səhər saatlarından qəzəbli mesajlar alır, salonun telefonları susmur. "Bütün günü bizə zəng edirlər, hədə-qorxu gəlirlər, həyatım üçün qorxuram",- deyə baş direktor şikayətlənib. Onun sözlərinə görə, Fayzov onun salonunda üç aydan bir az işləyib. Noyabrda işə düzəlib, yanvarın 11-də işdən çıxıb.
"Onun haqqında şübhəli nəsə görmüsünüz" sualına qadın belə cavab verib: "Onun haqqında şübhəli heç nə hiss etmədik. O, yaxşı usta sayılırdı, əvvəllər İvanovo bərbərxanasında işləyib. Bir vaxtlar İvanovoda yaşayırdı, sonra bizim kiçik Teykovo şəhərinə köçdü və bizimlə işə düzəldi. Biz onu həqiqətən tanımırdıq. Deyirdi ki, tək yaşayır, ailəsi yoxdur. O, yoxsulluq içində yaşamırdı, heç nəyə ehtiyacı yox idi. Bahalı telefon işlədirdi. Adamın başında nə olduğunu bilmirəm. Onda heç bir qəribəlik hiss etmədim. Mən hamiləyəm, nə edəcəyimi bilmirəm. Çölə çıxmağa qorxuram. İndi ifadə vermək üçün istintaq komitəsinə gedəcəyik".
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin təqdim etdiyi son məlumatlara görə, "Krokus Siti Holl"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb. Dağıntılar təmizlənərkən onlarla qurbanın cəsədi aşkarlanıb. İlkin məlumata görə, ölümə səbəb güllə yaraları və dəm qazından zəhərlənmə olub. Faciə qurbanlarının sayının artmaqda davam edəcəyi gözlənilir.(musavat.com)
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3884 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrCəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb
10 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrPasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi
17 oktyabrZaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib
17 oktyabr