Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO

Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEOQərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında "Qardaşının amansızlıqla qətli Mustafa bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlət xadimi, akademik Mustafa bəy Topçubaşovun İrəvandan məcburi köçməsindən bəhs olunur.

Bildirilir ki, Azərbaycan ictimai, elmi, siyasi tarixinin parlaq imzası olan professor Mustafa bəy Topçubaşov Qərbi Azərbaycanın Göygümbəd kəndində anadan olub. O, böyük bir şəcərənin layiqli təmsilçisidir və eyni zamanda, Qərbi Azərbaycanın, İrəvanın qanlı tarixinin bir səhifəsidir. Belə ki, 1918-1920-ci illərdə erməni daşnakları İrəvanda və onun ətrafında ağlasığmaz fəlakətlər törədir, silahsız, əliyalın azərbaycanlıları kütləvi şəkildə qırır, kəndləri yandırırlar.

Qeyd olunur ki, Topçubaşovlar ailəsi də bu faciədən yan keçmir: "Ermənilər Mustafa bəy Topçubaşovun qardaşı Rza bəyi amansızlıqla qətlə yetirirlər. Bu azmış kimi Rza bəyin meyitini evlərinə daha dəhşətli şəkildə, yəni ata bağlayaraq göndərirlər. Bu dözülməz mənzərə Topçubaşov ailəsini məcburi surətdə öz doğma dədə-baba yurdu olan İrəvanı tərk etməyə məcbur edir".

Diqqətə çatdırılır ki, akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsidir. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.

Sonda vurğulanır ki, M.Topçubaşov Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biridir. O, Azərbaycan SSR Ali Sovetinin 10 çağırış deputatı olub və 1981-ci il noyabrın 20-də Bakıda dünyasını dəyişib.

Süjetdə şahidlər Topçubaşovlar ailəsinin yaşadığı dramdan, acı taleyindən faktlarla söhbət açırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 802   Tarix: 24 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO

Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini

11 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı

İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça

17 oktyabr
.

Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - VİDEO

Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitar vəzifəsində işləyən Gülnar Fərzəliyevanın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü bildirilir. Xəzər TV-yə istinadən bildirir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva isə iddiaları təkzib edir. Gülnar Fərzəliyeva iddia edi

17 oktyabr
.

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - Video

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. -a istinadla xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb. 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseyno

4 oktyabr
.

Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - FOTO

Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. "Trend"ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır

17 oktyabr
.

Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşlı Firəngiz Məmmədovanı vurub. Hadisə zamanı TIR qadının ayaqlarının üstündən keçib

17 oktyabr